"Qorxmayacam, Mövlud, səni 17-ci mərtəbəyə çıxaran səbəbləri yazacam" - intihar edən jurnalistin həyat yoldaşı

"Qorxmayacam, Mövlud, səni 17-ci mərtəbəyə çıxaran səbəbləri yazacam" - intihar edən jurnalistin həyat yoldaşıGənc yazar Mövlud Abdullayevin ölümü ilə bağlı söz-söhbətlər bitmir.

Yazarın xanımı Sevinc Fədai özünün facebook səhifəsində Mövludun ölümünə görə bu və ya digər formada onu suçlandıranlara cavab verib.

Sevinc Fədai yazıb: "Biz Mövludla məktəbdə incidilən bir uşaq üçün, satdığı limon vedrəsi dağıdılan qadın üçün, işsiz qalan, övladının yanında boynunu bükən atalar üçün, evə çörək aparan balaca qızların maaşı kəsiləndə düşdüyü vəziyyət üçün, sağ çıxdığımız yanğında ölən balaca Ayxanın, Fərəhin əvəzinə günahkarların üstünə bağıra bilmədiyimiz üçün, haqsız yerə həbs olunan Rəşadətin balası Araz üçün, Elnur Astanbəylinin oğluna velosiped almaq arzusu üçün... baş-başa verib ağlayan adamlar olmuşuq".

"Bir sağlıq da mən deyəcəm onların sağlığına..."

Yazarın xanımı qeyd edir ki, mərhum həyat yoldaşı bütün haqsızlıqlara susurdu, içinə atırdı, "birdən işimdən olaram, uşağımı çörəksiz qoyaram" deyirdi: "Qorxma deyirdim, qorxma. Acından ölməyəcəyik. Amma onun vuruşmağa gücü çatmırdı. Deyirdi Sevinc, gücüm sənə çatır ancaq, bağışla hər şeyin acığını səndən çıxıram. Mən hamısını bağışlamışam, Mövlud, rahat uyu. Amma mən susmayacam, Mövlud! Qorxmayacam! Hə, sən 17-ci mərtəbədən özünü mənə görə atdın. Ömründə bircə dəfə qorxmadan səni o yüksəkliyə qədər çıxaran, həm də pillə-pillə, aram-aram çıxaran bütün səbəbləri yazacam. Mövludlar üçün, Ucallar üçün, indi sənin ölümünə hamıdan çox yanan dostun Bəxtiyar Hidayət üçün, hidayətlər üçün yazacam.

Qorxma, Mövlud, biz acından ölməyəcəyik. Ölsək də, qoy acından ölək, 17-ci mərtəbədən atmayacağıq özümüzü, canımızı, canları yandırmayacağıq. Sənin canını yaxan, cibindən çıxan qəpiklərdən qorxub bu ölümün üstündən alver edən Aynurların canını yandıracam. Sənin ürəyində özünlə apardığın sözlərlə yandıracam onların canını...

Onlar bilmir, Mövlud, onlar bilmir ki, sən hər şeyi görüb o gözəl, uşaq gülüşünlə gülür, yenə də ironiya edirsən onlara. Onlar bilmir ki, sənə işdə "nankor" deyə arxanca bağıran qadına toyda sağlığına badə qaldırırdın. Acıqlanıb səbəbini soruşurdum, deyirdin, aaay Sevinc, bədbəxt, yazıq qadındı, qoy sevinsin də... Qoy sevinsinlər, gözəlürəkli Mövlud! Sənin adından bir badə də mən qaldıracam, bir sağlıq da mən deyəcəm onların sağlığına! Məni müdafiəyə qalxmayın burda, dostlar, lütfən. Axı nəyin savaşıdır bu? Dedim axı narahat deyiləm, Mövlud hər şeyi bilir çünki. Mənim savaşım başqa savaş olacaq.... Qorxun məndən, vicdanımın təmizliyindən, Mövludun qanatdığı yaramdan, Ucalın verdiyi gücdən, bir anadan, bir qadından qorxun!"

Xəbərlər     Baxılıb: 7334   Tarix: 21 mart 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

yemek reseptleri reseptler hamiləlik güllərin mənası şirniyyat reseptləri boyuk qadin dosleri cinsi yaxinliq kosmetika tanisliq xocali novruz haqistalari kökəlmək üçün faydalı məsləhətlər