"Qorxudan sarılıq keçirtdim, həkim səhv müalicə etdi, belə oldum
Aktyor Natiq Fərzəliyev "Bir gün" verilişində şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
azxeber.com xəbər verir ki, sənətçi boyunun qısa olmasının səbəbindən danışaraq bildirib ki, uşaqlıq illərində yaşadığı qorxu onun sağlamlığına təsir edib.
Onun sözlərinə görə, 8 yaşında kənddə qorxudan sarılıq keçirib və daha sonra tətbiq edilən səhv müalicə nəticəsində fiziki inkişafı dayanıb.
Aktyor qeyd edib ki, 5-ci sinifdə olarkən Bakıya həkimə aparılıb və müalicə nəticəsində müəyyən qədər boy artımı müşahidə olunub. Daha sonra illər ərzində mütəmadi olaraq həkim nəzarətində qalıb, hətta Moskvada yerləşən məşhur tibb müəssisələrində də müalicə alıb. Bu proses nəticəsində onun boyu 1.45 metrə qədər yüksəlib.
Natiq Fərzəliyev etiraf edib ki, yeniyetməlik dövründə bu səbəbdən komplekslər yaşayıb və insanlardan uzaq durmağa çalışıb. Lakin sonradan ailəsinin dəstəyi ilə müxtəlif dərnəklərə qatılıb və həmyaşıdları ilə ünsiyyət qurmağa başlayıb. O bildirib ki, sinif yoldaşlarının sevgisi və dəstəyi bu çətin dövrdə ona böyük motivasiya verib.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir