Qoxlayaraq xəstəliyi tapır - Başqa ölkələrdən minlərlə geyinilmiş köynək göndərirlər - FOTO

Qoxlayaraq xəstəliyi tapır - Başqa ölkələrdən minlərlə geyinilmiş köynək göndərirlər - FOTOParkinson xəstəliyini qoxlayaraq aşkarlayan qadın tibbdə inqilab yarada bilər.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Parkinson xəstəliyi dünyada ən sürətlə yayılan nevroloji xəstəliklərdən biridir və erkən diaqnozun çətinliyi müalicəni çətinləşdirir. Adətən neyronların böyük hissəsi məhv olduqdan sonra aşkar edilən xəstəlik tədqiqatçılar tərəfindən yeni yanaşmalarla daha erkən mərhələdə müəyyən edilə bilər. Şotlandiyalı Joy Milne-in kəşfi bu istiqamətdə mühüm dönüş nöqtəsidir.
Dundee şəhərində böyüyən Milne uşaqlıqdan kəskin iybilmə qabiliyyətinə sahib olduğunu anlayıb. Daha sonra o, tibbi qoxulara dair biliklərini inkişaf etdirərək, müxtəlif xəstəliklərin vücud qoxusunda yaratdığı dəyişiklikləri müəyyən etməyə başlayıb. Ən böyük uğuru isə Parkinson xəstəliyinin unikal iy spektrini tanımaq olub.
Qoxlayaraq xəstəliyi tapır - Başqa ölkələrdən minlərlə geyinilmiş köynək göndərirlər - FOTO2015-ci ildə həyat yoldaşı Les-in Parkinsondan vəfat etməsindən sonra Milne ərinin xəstəlik diaqnozundan 17 il əvvəl vücudunun iyində dəyişiklik hiss etdiyini açıqlayıb. O, Parkinsonun özünəməxsus iy profilinə sahib olduğunu vurğulayıb.
Milne-in fərqli hissiyyatı tibb dünyasında maraq doğurub və o, Mançester Universitetində kimyaçı professor Perdita Barran ilə əməkdaşlığa başlayıb. Onların birgə araşdırmaları, Parkinson xəstələrinin dərilərində xəstəliyin erkən əlamətlərini müəyyən edə biləcək bioloji göstəriciləri ortaya çıxarıb. İy testlərinin təsdiqlənməsi üçün Milne müxtəlif ölkələrdən Parkinson xəstələrinə aid köhnə geyimləri qoxlayaraq diaqnoz qoymağa çalışıb və uğurlu nəticələr əldə edib.
Tədqiqatlar göstərir ki, sadə qoxu testi ilə Parkinson xəstəliyinin erkən diaqnozu mümkün ola bilər. Bu üsulun klinik sınaqları ilin sonuna qədər Mançester-dəki "Wythenshawe" Xəstəxanasında aparılacaq.
Həmçinin, tədqiqatçılar itləri müxtəlif xəstəlikləri qoxu vasitəsilə aşkarlamaq üçün öyrətməyi planlaşdırır. Xüsusilə "Peanut" adlı qızıl retriver və Labrador qarışığı Milne-in iy qabiliyyətinə yaxın nəticələr göstərib. Alimlər gələcəkdə süni intellekt və elektron burun texnologiyalarının da bu prosesə qoşulacağını düşünürlər.
Tibb sahəsində dərc olunan araşdırmalara görə 2050-ci ilə qədər dünya üzrə Parkinson xəstələrinin sayı 2021-ci illə müqayisədə 112% artaraq 25,2 milyona çata bilər. Xəstəliyin yayılma sürətinin əsas səbəbləri qlobal yaşlanma və əhali artımıdır. Xüsusilə, Şərqi Asiyada 10,9 milyon, Cənubi Asiyada isə 6,8 milyon xəstənin olacağı proqnozlaşdırılır.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1139   Tarix: 01 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

turlar.az

kosmetik vasiteler geyim necə seçməli yemek reseptleri tecavuze ugrayan qadinlar capiq ucun maz asiq ciyer qovurmasi kosmetika azərbaycan novruz bayramina aid hakistalar novruz hakıştası baliq burcu novruz bayramı