Qulağını çöplə təmizlədi, kəlləsində absess yarandı - Unikal hadisə
Britaniya otolarinqoloqları tibbdə unikal olay barədə məlumat yayıblar.
Oxu24.com medicina.az-a istinadən bildirir ki, qulağa yad cisim salınma səbəbindən kəllədaxili abses yaranması ilə bağlı hadisə qeydə alınıb.
Koventri Universitetinin LOR həkimləri 31 yaşlı kişi pasiyent qulağını çöplə təmizlədikdə, pambıq hissə qulağının içində qalaraq, dərinə getmiş və irinləmişdir. Qulağından çirk axan kişi xəstəxanaya gəldikdə onda xarici nekrotik otit diaqnozu qoyulur.
Maraqlısı odur ki, ağrı və irindən başqa kişidə qıcolma tutmaları da olurdu. 3 il ərzində 2 dəfə otitdən müalicə alan və artıq sol qulağında eşitməsi zəifləyən kişidə komputer tomoqrafiyası vasitəsilə beyin qişasında iki subdural abses aşkar olunur. Həkimlər problemin qulaqdan qaynaqlandığından şübhələnərək sol qulağın kanalını ciddi müayinə ediblər və orda qulaq tükləri ilə örtülmüş, görünməz olmuş pambıq kütləsi aşkarlayıblar. Məhz bu səbəbdən qulaqda iltihab, otit yaranmış, iltihab kəlləyə kimi çataraq absesə səbəb olmuşdu.
Həmin kütlə çıxarıldıqdan sonra xəstə 2 həftə xəstəxanada qalır və 2 ay antibiotik qəbul edir. Mülaicədən sonra abses, otit və eşitmə zəifliyi aradan qalxır.
Amerikalı larinqoloqlar da qulağa pambıqlı çöp salınaraq təmizlənməsinə qarşı çıxmışdılar. Həkimlər bildirir ki, bu çöplər qulağı təmizləmir, əksinə qulaq çirkini içəri, dərinə itələyərək, qulaq barabanı və pərdəsini zədələyir.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir