Qulaq ağrıları - Səbəbləri və müalicəsi

Qulaq ağrıları - Səbəbləri və müalicəsiQulaq ağrısı (otitis media və ya otit) orta qulağın infeksiyası (bakterial infeksiya ilə iltihabı) xəstəliyidir. Xəstəlik əksər hallarda yuxarı tənəffüs yollarının infeksiyaları - soyuqdəymə və qripdən sonra törənir. Respirator allergiyalar da burun boşluğunda uzun müddət durğunluq yaratmaqla qulaq ağrısına səbəb ola bilir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, insan qulağı anatomik cəhətdən bir neçə şöbəyə bölünür və hər bir şöbənin özünəməxsus funksiyaları və xəstəlikləri var. Qulaq üç hissədən ibarətdir: xarici, orta və daxili qulaq. Bizim "qulaq" adlandırdığımız əslində xarici qulaqdır. Ümumilikdə, qulağın müəyyən şöbəsinin iltihabi prosesi otit adlanır.
Xarici qulaq əsasən dəri ilə örtüldüyündən, dəriyə xas olan iltihabi proseslərə (sızanaq, furunkul və s.) burada da rast gəlmək mümkündür. Xarici qulağın məhdud iltihabı və ya furukoloz xroniki irinli otitin nəticəsidir - bu zaman müxtəlif bakteriyalar (pnevmokok, stafilokok, hemofil çöpləri) göbələk infeksiyaları xarici qulaqda dəriyə və dərialtı təbəqəyə keçir. Qulağa birbaşa aid olan xəstəliklərsə daxili və orta otitlərdir. Daxili otitlərə (labirintit) az rast gəlinsə də, çox təhlükəli xəstəlikdir. Xəstəlik əsasən sərbəst əmələ gəlmir, daha çox orta otitin və ümumi infeksion xəstəliklərin ağırlaşması hesab olunur. Çox zaman bir və ya hər iki qulaqdan ifrazatın olması və ağrı məhz orta otitlə bağlı olur.
Orta qulağın problemləri
Orta otitlər daha çox yayıldığına görə, "otit" termini işlənərkən də əksər hallarda orta qulağın iltihabı nəzərdə tutulur.
Qeyd etdiyimiz kimi, orta qulaq iltihabının əmələ gəlməsi tez-tez yuxarı tənəffüs yollarında baş verən infeksion xəstəliklərlə əlaqədar olur. Burada da ümumi infeksion xəstəliklər, məsələn, kəskin respirator virus infeksiyası və immun sistemin zəifləməsi mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, burun-udlaqda baş verən hipertrofik rinit, adenoid və burun çəpərinin əyriliyi kimi patologiyalar da otitlərin əmələ gəlməsinə zəmin yaradır.
Kəskin və xroniki otit
Orta qulağın otiti gedişinə görə kəskin və xroniki olur. Kəskin otit eşitmə borusu da daxil olmaqla orta qulağın bütün hissələrində gedən iltihabi prosesdir. Kəskin otitdə damcı dərmanlarının bir faydası olmur. Kəskin otit 3 həftə müddətində davam edir, xroniki otit 3 aydan uzun çəkə bilir. Xroniki qulaq ağrısı əziyyətdir. Xroniki otitdə qulaqın pərdəsi əksər hallarda deşilir, qulaqdan pis qoxulu axıntı, çirk gəlir. Eşitmə azalır və ya itir.
Adətən orta otit müxtəlif infeksiya xəstəliklərində eşitmənin itməsinə aparmır. Lakin irinli orta otit orta qulağın marofunksional struktrunu dağıtmaqla buna səbəb ola bilər.
Əlamətləri
Xəstələrin şikayətləri qulaqda və qulaqətrafına yayılan ağrılar, qulağın tutulması, eşitmənin zəifləməsi, küy, temperatur və bəzən qulaq pərdəsinin deşilməsi ilə müşahidə olunan ifrazatın və irinin gəlməsindən olur. Lakin xəstədə bu göstərilən şikayətlərin hamısı eyni zamanda müşahidə olunmaya da bilər.
Müalicə
Qulaqda ağrı peyda olandan iki gün sonra azalmırsa, dərhal həkimə müraciət etmək lazımdır. Otiti özbaşına müalicə etmək onun daha da ağırlaşmasına səbəb ola bilər. Odur ki, müalicə üsullarını yalnız həkim müəyyən etməlidir. Qulaq ağrısını LOR (burun-boğaz-qulaq) həkimi müalicə edir.
Qulağın müalicəsi yerli və ümumi aparılır. Yerli müalicə kimi antiseptik məhlullar, antibiotik damcılar, ağrıkəsicilər və iltihab əleyhinə hormonlar istifadə olunur. Qulağı isti saxlamaq və burun tənəffüsünü yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirilir.
Ümumi şəkildə isə antibakterial terapiya, sulfanilamid preparatları və immunitetin yüksəlməsinə kömək edən vasitələrdən istifadə olunur.
Bununla yanaşı, burun tutulmasına səbəb olan faktorlar (adenoidlər, burun çəpərinin əyriliyi, allergik rinitlər və s.) varsa, onlar da aradan qaldırılmalıdır. Əgər aparılan müalicə fonunda yaxşılaşma müşahidə olunmazsa, əksinə, prosesin xronikləşməsi və beyindaxili ağırlaşma əlamətləri müşahidə olunarsa, irinin cərrahi yolla xaric edilməsi vacibdir.
Xalq təbabəti ilə müalicə
Nar
Turş nar dənələrini əzib şirəsini qaynatdıqdan sonra, onu eyni miqdarda bal ilə qarışdırıb qulağa damcılayırlar
Şirin nar dənələrini şərabla qaynadıb, əzib sonra qulağa məlhəm şəkildə qoyanda təsiri yaxşı olur.
Sarımsaq
Soyuqdəymə nəticəsində baş verən qulaq ağrısını kəsmək üçün sarımsaq şirəsini zeytun yağı ilə qaynadıb ilıq halda qulağa damcılatmaq faydalıdır. Sarımsaq şirəsinin badam və çobanyastığı yağı ilə qaynadılmış qatışığı da buna yaxşı təsir edir.
Yumurta
Yumurta sarısını qulağa damcıladanda ağrı sakitləşir. İltihablı ağrıları kəsmək üçün yumurtanın ağını və sarısını gül yağı ilə qarışdırıb, təpitmə kimi qulağa çəkmək çox xeyirlidir.
Balqabaq tumu
Balqabağın tumunun üzərinə zeytun yağı tökəndən sonra bir müddət gözləyib, sonra onu qulağa damcılatmaqla qulağın sulanmasının qarşısını almaq olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2026   Tarix: 05 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geymler 2026 geyim necə seçməli aksessuarlar karolın ve gızlı dunya ızle qış salatları konservləşdirilmiş məhsullar dirnaq ucun maskalar kosmetika novruz hakısdası toyuq salati dieta cinsi elaqe ariqlamaq