Quranda adı çəkilən meyvələr və onların faydaları - ARAŞDIRMA

Quranda adı çəkilən meyvələr və onların faydaları - ARAŞDIRMADietoloq Murat Topoğlu "Qurani Kərim"də adı çəkilən qidaları və onların insan üçün faydalarından bəhs edib.

Xanim.az sizə həmin qidalar və faydaları təqdim edir:

Xurma

Bədəndə şəkərin düzgün müvazinətini saxlayır. Doğuş prosesini asanlaşdırır.

Süd hormonlarını hərəkətə gətirər və süd verən qadınların südünü artırar. (Məryəm surəsi). Peyğəmbərimiz söyləyib ki, qadınlara hamilə olduqları zaman çoxlu xurma yedirtin. Onların uşaqları ağıllı və hörmətcil olarlar.

Çünki Məryəm hamilə olduğu müddət xurma yeyib, əgər Allah ondan başqa faydalı qidanın olduğunu bilsəydi, onu Məryəmə verərdi.

Tərkibində şəkər yoxdur. Tərkibində A, C, B1, B2, B3, B6, B9 (folik asit), B12, K vitaminləri, betakaroten, ayrıca oligo elementləri var.

A vitamini bilindiyi üzrə çox vacib bir vitamindir. Bu vitamin toyuq korluğu, ağciyər və qaraciyər xəstəliklərinin qarşısını alır.

Betakaroten (pro vitamin A) təbiətdə olan A vitaminin ilk formatıdır. Bu vitamin bədənimizdəki DNA, hüceyrə zərrəciklərini və proteini qidalandırır. Ürək və damar xəstəliklərinin qarşısını alır. Sperm yaranmasını şərait yaradır.

Zeaksantin maddəsi isə yaşlı insanlarda əzələnin yox olmasının qarşısını alır. Ödü qoruyur. Təzə xurmanın tərkibində olan pitosin maddəsi sancılara çox yaxşı təsir edir.

Bağırsaqların işini sürətləndirir və beləliklə, qəbizliyin qarşısını alır. Əlavə olaraq, bağırsaq xərçənginin də qarşısını alır.

Tərkibində flavonoid, polifenol anti oksidamı olaraq tanınan tanin maddəsi vardır. Tanin maddəsi bədəndəki qanaxmaların qarşısını alır. Tərkibində həm də oligo element (az təsadüf olunan elementler) vardır: Sodyum, potasyum (Muzdan 2.5 qat daha çoxdur), kalsiyum, dəmir, kömür, maqnezium, kükürt, xlor, fosfor, florin (Diğer meyvələrdən 4 qat daha çoxdur. Diş əti ve diş sağlamlığı üçün də vacibdir.)

Dəmir: Xurmanın içində 0.9 mg/100 qram var. Qırmızı qanın tərkibində olan hemoqlabinin yaranmasında ən vacib mineraldır. Gündə 15 ədəd orta boy xurma günlük dəmir ehtiyacını qrşılayır. Kalsiyum ve fosfor: Sümüklərin əriməsinin qarşısını alır.

Həm də arıqlamağa kömək edən bir meyvədir. Əsasən də çox acıdığın və şirni yemək istədiyin bir zaman 10 ədəd sarı ləbləbi ilə 2 xurma yemək, üstündən də 1 stəkan su içsəniz 2-3 saat aclıq hiss etmərsiz.

Bal. Onun tərkibində Früktoz ve qlikoz kimi təbii şəkərlər var. Bundan əlavə, onun tərkibində kalsiyum, dəmir, kömür, maqnezium, kükürt, xlor, fosfor, florin kimi minerallar da var. Hətta B1, B2, B3, B5, B6 və C vitaminləri də var. Həzm edilməsi çox asan olduğuna görə bağırsaqların və böyrəklərin yaxşı işləməsinə şərait yaradır.

Bir enerji mənbəsidir. İlıq bir su ilə içdiyində 7 dəqiqədə qana qarışır. Bu da beyin hüceyrələrinin sürətli hərəkətinə kömək edir.

Zərərli bakteriyaları, maya və kifin qarşısını alır. İmmuniteti artırır.

Yaranın üzərinə sürtdükdə tez təsirini göstərir. Buna görə də yanıqlara, qızartı olan yerlərə sürülə bilər.

Balı bir az darçın və su ilə qarışdırdıqda və yanıq olan yerə sürtdükdə ağrını kəsir. Əlavə olaraq, bu qarışımı zeytun yağı ilə qarışdırıb, saçınıza sürtdükdə, 15 dəqiqə saxladıqdan sonra yumaq lazımdır, onda saçlarınız tökülməz.

1 qaşıq bal ilə yarım çay qarışığı darçın tozunu qarışdırıb yeyəndə, öskürəyiniz kəsilər. 2 qaşıq bal, 4 qaşıq limon suyu və bir az duz qarışdırıb, qarqara etsəz, boğazınızda olan infeksiyalar zərərləşdirilər. 2 qaşıq bal və 3 çay qaşığı darçın tozu qarışdırıb dəmlənmiş çaya əlavə etsəz təziqinizin səviyyəsini azaldar. Bu qarışım həm də gec yaşlanmanıza şərait yaradır.

Zeytun və zeytun yağı. Zeytun yağı ürək damarlarınızı qoruyar və qidalandırar. Döş xərçənginin,damarların daralmasının, mədə xərçənginə yoluxmağın qarşısını alır. Ana südünü artırır.

Tərkibində adek vitamini və oleik asit turşusu var. Bu maddələrin xərçəngin qarşısını aldığı artıq elmdə sübut olunub.

Sirkə. Həzmi və metobalizmanı sürətləndirir, arıqlamağa kömək edər. Nazik bağırsağı təmizləyər, qarqara etdikdə ağzdakı infeksiyaları zərərləşdirər.

Gündə 2 dəfə saçınıza sürtdükdə, keçəlləşmənin qarşısını alır. Yuxusuzluq üçün 1 çay qaşığı alma sirkəsi, 1 stəkan ilıq su əridilib içilərsə yatmağa kömək edər.

Arıqlamaq üçün gündə 3 dəfə yeməkdən sonra içilə bilər, lakin ac qarnına olmaz. Bədəndə olan qan şəkərinin müvazinətini qoruyar.
GoldNews.Az

Xəbərlər     Baxılıb: 2229   Tarix: 04 yanvar 2018
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

geyim dəbləri yemek reseptleri yay geyimləri 2026 döşləri necə böyütmək olar kökəlməyin yolları saca xina qoymaq qaydasi alin yazisi xanim qafarova kosmetika atalar sözləri yumurta rus dilini öyrənək burclerin uyumu bürcler