Qurddan qurtularkən saçından olmaq: Hansı dərmanlar keçəlliyə səbəb olur?

Qurddan qurtularkən saçından olmaq: Hansı dərmanlar keçəlliyə səbəb olur?Gəncədə yaşayan ailə qurd əleyhinə dərmanlardan sonra 5 yaşlı övladlarının saçının töküldüyünü iddia edir. Həkim isə valideynin iddiası ilə razılaşmır.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, uşağın valideynləri qurd əleyhinə dərman içdiyi üçün uşağın saçının töküldüyünü iddia edərək dəyən zərərə görə həkimdən kompensasiya tələb edirlər.
Bəs görəsən, qurd dərmanı saçın tökülməsinə səbəb ola və keçəllik yarada bilərmi?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Respublika Dəri-Zöhrəvi Mərkəzinin həkim-dermatoveneroloqu Şəhla Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, qurd invaziyaları zamanı dəridə dəyişikliklər baş verə bilər:
"Bunlar səpgi şəklində, qaşınma şəklində xəstəni narahat edir. Eyni zamanda, saç tökülməsi zamanı da qurd invaziyaları olanda, əsasən də uşaqlarda, bunun kəskinləşməsinə, daha da çoxalmasına, tezləşməsinə səbəb ola bilir.
Dəri sahəsində belə bir hal olduğu zaman onun müayinəsi məsləhətdir. Əgər qurdlar aşkar olunarsa, təbii ki, o zaman xəstəliklə bağlı təyinatlar verilir.
Amma qurd əleyhinə dərmanlar saç tökülməsinə, keçəllik yaranmasına, dırnaq tökülməsinə səbəb ola bilmir. Belə bir şey yoxdur.
Əgər saç və dırnaq tökülməsi varsa, demək ki, o səbəblər başqa bir şeylə əlaqəlidir və onu araşdırmaq lazımdır: saç tökülməsi hansı səbəbdən yaranıb, dırnaq tökülməsinə, keçəllik yaranmasına hansı xəstəliklər, amillər təsir edib, bunlar araşdırılmalıdır.
Bütün bunlar qan analizləri əsasında, dırnaq müayinəsi zamanı, saç dibinin müayinəsi zamanı aşkarlana və ona uyğun müalicələr təyin oluna bilir".
Dermatoloq Araz Kazımov isə Oxu.Az-ın sorğusuna cavab olaraq fikrini belə izah etdi:
"Qurd əleyhinə dərman saç tökülməsi, keçəllik yaranması, dırnaq tökülməsinə birbaşa səbəb ola bilməz. Amma düzgün yazılmayan doza rejimində və düzgün təyinat olmayanda orqanizmə verdiyi intoksikasiya səbəbindən birbaşa yox, dolayı yolla təsir göstərib həm saç tökülməsinə, həm keçəllik yaranmasına, həm də dırnaq tökülməsinə səbəb ola bilər".
Sualımızı həm də pediatr Günay Rəsulovaya ünvanladıq.
Pediatr Oxu.Az-a açıqlamasında bildirdi ki, qurd əleyhinə dərmanlar, əslində, saç tökülməsi yaratmır.
"Amma qurd əleyhinə müalicə adı ilə hədsiz çox istifadə olunan bitki tərkibli, immun stimullaşdırıcı tərkibli preparatların yan təsirləri də çox olur. Bunlar bütövlükdə immun sisteminə təsir göstərərək autoimmun xəstəliklərinə rəvac verə, yaxud da stimulyasiya edə bilər.
Qeyd edim ki, autoimmun allopesiya deyilən xəstəlik saçın tökülməsi - keçəlləşmə ilə xarakterizə olunur. İmmun sistemi təsirə məruz qaldığından bədən öz hüceyrəsini tanımamağa və öz saç hüceyrəsini öldürməyə başlayır. Qısacası, sırf qurd əleyhinə dərman saç tökülməsi və ya keçəlləşmə yaratmaz.
Bu səbəbdən "bitki tərkiblidir, zərərsizdir" düşünərək uşağa eyni zamanda bir neçə preparatı paralel vermək olmaz. Ümumiyyətlə, uşaqların sübuta dayanan tibbin tövsiyə etmədiyi qida əlavələrini, dərman preparatı hesab edilməyən vasitələri istifadə etməsi tövsiyə olunmur. Bitki tərkibli preparatlar düşündüyünüz qədər zərərsiz deyil, uşaqlarda hətta qaraciyər çatışmazlığına gətirib çıxa bilər.
Son zamanların belə bir trendi də var ki, ailələr saytlar vasitəsilə sifariş edərək xaricdən uşaqlarına "immunitet artırıcı" dərmanlar alıb verirlər ki, bu da çox yanlışdır. Orqanizmin nəyə ehtiyacı varsa, onu vermək lazımdır. Vitaminləri uşaqlara təbii, normal qida ilə versələr, kifayətdir", - deyə G.Rəsulova bildirib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1699   Tarix: 27 avqust 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

geyim necə seçməli yay kolleksiyasi qadin dunyasi fantaziya baliq qulagi dan el isleri gözəllik ciy kartofun faydasi kosmetika gəncə novruz hakisdalari intim masturbasiya bayati