Quru saçlar üçün TƏBİİ MASKALAR

Quru saçlar üçün TƏBİİ MASKALARSaçlarınız quru, zəif və solğun görünürsə, uclarında qırıqlar varsa, davamlı elektriklənirsə, deməli, sağlamlığını itirib. Saçların qidalanmasına hər zaman ehtiyac var.
Ev şəraitində hazırlayacağınız maskalarla yeni saçlara qovuşa bilərsiniz.
Quru və zərər görmüş saçlar üçün təbii maska reseptlərini təqdim edirik:
Çay
Dəm çayı saçlara parlaqlıq verir. Şampunlayıb duruladıqdan sonra şəkərsiz, təzə dəmlənmiş çayla saçlarınızı yuyun. Saçlarınız tünd rənglidirsə, qara çay, sarıdırsa, çobanyastığı çayı istifadə etməlisiniz.
Avokado maskası
Avokado tərkibindəki mineral, vitamin və yağ turşuları sayəsində saçlarınızı yeniləyər. 1 ədəd böyük avokadonu əzib 1 yumurta ilə qrışdıraraq maska düzəldin. Bu maskanı nəm saça çəkin, 20 dəqiqə saxladıqdan sonra yaxşıca yuyun. Kövrək saçlara sahibsinizsə, bu üsuldan həftədə bir dəfə, güclü saçlara sahibsinizsə, ayda bir dəfə tətbiq edin.
Saçlara həcm verən alma sirkəsi
Zərər görmüş, nazik saçlarınız varsa, bu maska ilə həcm qazandırmaq olar. 3 yumurtanın ağı, 2 qaşıq zeytun yağı və 1 çay qaşığı alma sirkəsini qarışdırıb saçınıza çəkin. Başınıza duş papağı taxıb, yarım saat gözlədikdən sonra şampunla yaxşıca yuyun.
Zülal dəstəyi
Saç tellərinizi yeniləmək, gücləndirmək, qırıqların qarşısını almaq üçün zülala ehtiyac var. Bir yumurta ilə bir miqdar şampunu qarışdırıb saçlarınıza tətbiq etdikdən sonra 5 dəqiqə saxlayın və yaxşıca durulayın.
İlıq yağ müalicəsi
Yarım stəkan zeytun yağını isidin, ancaq qaynamağa imkan verməyin. İlıq yağla saçınıza masaj etdikdən sonra başınıza duş papağı taxın. Üstəlik, isti qalması üçün dəsmalla bükün. 45 dəqiqə saxladıqdan sonra şampunla yuyun.
Hindqozu yağı
Zərər görmüş saçlar üçün möhtəşəmdir. Saçınızı islatdıqdan sonra bütün saça hindqozu yağı çəkin. Duş papağı taxın və dəsmalla sarıyın. Bir müddət belə saxlayın. Sonra şampunla yuyun.
Aile.lent.z

Xəbərlər     Baxılıb: 4665   Tarix: 04 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

geyim dəbləri geyim necə seçməli kosmetoloq badimcan murebbesi hakışta sözləri xalq mahnilari sozleri sevinc tofiqqızı kosmetika naz mila atalar sozu aslan sanama qaynana hakista