Quş qripi və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı hazırlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quş qripi və koronavirus üzrə yüksək riskli məhsulların siyahısını hazırlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, quş qripi və yeni koronavirus xəstəliyindən ölkə ərazisinin qorunması məqsədilə aparılan mübarizə tədbirləri çərçivəsində AQTA tərəfindən "Yüksək patogenli quş qripi və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı" hazırlanıb.
Yüksək patogenli quş qripi və koronavirus üzrə yüksək riskli məhsulların siyahısına yüksək patogenli quş qripi üzrə müxtəlif növlərə aid diri quşlar (bir günlük cücə, damazlıq, ətlik, yumurtalıq quşlar və s.), zoopark quşları, vəhşi və ov quşları üzrə inkubasiya yumurtası, süfrə yumurtası və yumurta məhsulları, quş sperması, quş əti (soyudulmuş, dondurulmuş və s.), quş əti məhsulları, q uş əti və sümüyünün unu (yem üçün istifadə olunan), quş tükü və lələkləri, k oronavirus üzrə isti və soyuqqanlı vəhşi heyvanlar, zoopark heyvanları, vəhşi heyvanların trofeyləri, b alıq və balıq məhsulları (soyudulmuş, dondurulmuş və s.) üzrə d əniz məhsulları (soyudulmuş, dondurulmuş və s.), heyvan mənşəli ət məhsulları üzrə e v heyvanları, quş və quş məhsulları daxildir.
Qeyd edək ki, Agentlik tərəfindən Çin Xalq Respublikasında yaranan və dünyanın bir sıra ölkələrinə yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir