Rahat bilib geyindiyimiz kroksların təhlükəli fəsadları
Rusiyanın Perm Politexnik Universitetinin alimləri gündəlik həyatımızda və şəhər modasında geniş yayılmış məşhur kroks ayaqqabılarının sağlamlıq üçün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.
Milli.Az xəbər verir ki, iniversitetin "Hesablama riyaziyyatı, mexanika və biomexanika" kafedrasının dosenti Vladislav Nikitinin sözlərinə görə, krokslar rahat və praktik olsa da, onların konstruksiyası ayağın düzgün fiksasiyasını və dəstəyini təmin etmir. Bu səbəbdən ayaq içində artıq hərəkətlər edir, bel və ayaq əzələləri isə bu sabitsizliyi kompensasiya etməyə çalışır. Nəticədə, ayağın təbii hərəkət mexanizmi pozulur, yüklənmə bərabər paylanmır və bu da burxulma riskini artırır.
Qısa müddətli istifadədə yorğunluq, uzunmüddətli istifadədə isə dayaq-hərəkət sistemində xroniki problemlərə səbəb ola bilər.
Bundan əlavə, gigiyenik risklər də mövcuddur. "Ayaqqabının içindəki rütubətli və isti mühit - bakteriya və göbələklər üçün ideal inkubatordur. Əgər kroksları hər istifadədən sonra yuyub qurutmursunuzsa, bu orqanizmlər aktiv şəkildə çoxalır", - deyə universitetin "Kimya və biotexnologiyalar" kafedrasının dosenti Anastasiya Zorina bildirib. (saglamolun.az)
Milli.Az









Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO