Rahidə boşanmasından danışdı: "Nə yaxşı ki, belə oldu" - VİDEO - FOTO

Rahidə boşanmasından danışdı: "Nə yaxşı ki, belə oldu" - VİDEO - FOTO"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı müğənni Rahidə Baxışova olub.

Milli.Az bir müddət şou-biznesin qaynar alovundan uzaq düşən və yenidən qayıdışı ilə əvvəlkindən də sürətli yeniliklərə imza atan Rahidə Baxışova qətiyyətli açıqlamalar verib:

Ailəsi haqda dildən-dilə dolaşan fikirləri təkzib edən sənətçi övladları haqda da ürəkdolusu danışdı. Bilmədiyiniz üstüörtülü məqamları Rahidə Baxışova ilk dəfə bölşüdü:

"Mən ailə həyatı qurdum. Övlad dünyaya gəldi. Fikirləşdim ki, bir müddət sənətdən uzaqlaşmaq lazımdır. Körpə uşaqla sənət bir arada alınmırdı.

Həmişə arzum olub ki, övladlarım dünyaya gəlsin, qızım olsun, oğlum olsun. Çox şükür, oğlum var idi, qızım da oldu. Həmişə qız analarına baxıb sevinirdim. Oğlum bir başqadır, qızım bir başqa".

Rahidə Baxışovanı səhnədən uzaqlaşdıran evlilik ona iki gül bala qismət edib. Belə görünür ki, müğənninin ailə sevgisi sənətə qalib gəlib və onu yaradıcılıqdan uzaqlaşdırıb:

"Mənim iki övladım var, oğlum Fərid, qızım Zəhra. Oğlumun 14 yaşı var, qızım isə 4 yaşına keçib. Bilmirəm qızlar dəcəl olur, həyasız olur, Allah saxlasın bütün balaları. Övladıma görə bütün peşmanlıqları bir kənara qoyuram".

Müğənni həyat yoldaşından ayrıldığını doğrudan-doğruya açıqlamağı düzgün hesab etməsə də, üstüörtülü şəkildə bizimlə bölüşdü:

"Durum niyə yalandan danışım ki? Qadın heç vaxt istəməz ki, sevdiyindən ayrılsın, ailəsindən, doğmalarından ayrılsın. Əgər bu ayrılıq varsa, demək, qismətdir. Ayrılan zaman bəzən biz ağlayırıq ki, niyə bel oldu. Ancaq zamanla anlayırıq ki, nə yaxşı belə olub. Elə bunun çıxış yolu bu idi".

- Rahidə xanım, söz-söhbətlər gəzir ki, siz yenidən sənətə qayıtmaq üçün ailə həyatınıza son vermisiz

"Mən sənətə gəlim deyə ailəmi atım, bu, gülünc bir şeydir, biabırçılıqdır. Bunu kim deyirsə, mənim haqqıma girir. Heç bir qadın istəməz ki, xoşbəxt ailəsindən uzaqlaşsın. Nə isə alınmayıbsa, deməli, mən işimə qayıtmamalıydım, sənətimə gəlməməliydim?

Hansı insanlarda ki üz var, sifət var, o insanlar həmişə irəli gedirlər. Mən onları alqışlayıram. Çünki mən görürəm ki, bu sənət bunu tələb edir. Mən mədəni, sakit olum, hamıya yumşaq davranım, bu, mənə heç nə verməyəcək. Belə olmamaq üçün özümü çox qınayıram".

Sənətçi son zamanlar sevilən ifaya çevrilən "Kül oldum" adlı yeni mahnısından da söz açdı:

"Biz yeni mahnı hazırladıq. Söz və musiqisi Zülfü Bədəlovun, aranjman isə Elvin Musayevindir. "Kül oldum" adlanır. Mahnı sevib ayrılanlar üçündür. Bu mahnı da mənim sevilən mahnılarım sırasında olacaq".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Xəbərlər     Baxılıb: 2975   Tarix: 30 yanvar 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

turlar.az

aksessuarlar adlarin menasi gozel gorunmek biznes qurmagin yollari hicab baglamaq usullari sineye qulluq kokteyl kosmetika usaq seirleri yuxuda qara ilan gormek sac modelleri maska sağlıq