Reabilitasiya mərkəzində əlil uşağa işgəncə verib, sonra güldulər - VİDEO

Reabilitasiya mərkəzində əlil uşağa işgəncə verib, sonra güldulər - VİDEOTürkiyənin Kocaeli bölgəsində fəaliyyət göstərən "Təhsil və reabilitasiya mərkəzi"ndə uşaqlara dəhşətli rəftar edilməsi faktı ortaya çıxıb.
Belə ki, yaramazlıq edən əlil uşağın geyimli vəziyyətdə hamama salındığı, üzərinə əvvəlcə qaynar, sonra isə soyuq su töküldüyü əks olunan kadırlar social şəbəkədə yerləşdirilib.

Başqa görüntülərdə isə qadın müəllimənin yerə uzatdığı əlil uşağın boğazını sıxması, uşağa sillə vurması və qorxutması faktı yer alıb. Uşaqlara edilən bu işgəncələri digər əməkdaşlar gülüşlə qarşılayıblar.

Qan donduran bu görüntülər Kartəpədə yerləşən "Köseköy Gənclər Təhsil və Reabilitasiya Mərkəzi"ndə baş verib. Ailələri tərəfindən yaxşı baxılması üçün mərkəzə verilən bu uşaqlar dözülməz rəftara məruz qalır və döyülürlər. Bəzi uşaqların isə tamamilə ailələrinin olmadığı, kimsəsiz olduqları müəyyən edilib.
Kadrlardan M.A. adlı qadın müəllimənin bir uşağı yerə uzadıb, üstünə çıxdığı və qorxutduğu görünür.

Başqa bir kadrda isə yenə M.A. adlı müəllimənin bir uşağı paltarlı hamama saldığı və həmin uşağın "çox istidir" deməsi izləyənləri dəhşətə gətirib. M.A. – nın əvvəlcə uşağın koftasının, sonra şalvarının içərisinə su tutaraq qəhqəhə ilə güldüyü eşidilir.

İşgəncə görən uşaqların səslərini çıxartmaması xüsusi diqqət çəkib. Müəllimə isə səsini çıxartmayan əlil uşağın paltarlarına su tutaraq "Bir də edəcəksənmi? Gəl deyəndə gəlmirsən, get deyəndə getmirsən. Söz ver görüm "-deyib. Eyni kadrlarda üzü görünməyən bir kişi isə "uşaq isindi, alov-alov yanır. Sərinlət uşağı"- deyərək M.A-ya nə etməli olduğunu izah edib.

"Şiddətin təsiri normal insanlara nisbətən daha çox olur"

Görüntüləri izləyən və məsələ ilə bağlı açıqlama verən Dünya Uşaq Sağlamlığı Mərkəzinin əməkdaşı, uşaq və yeniyetmə psixiatoru Dr. Figen Qaraceylan Çakmakçı isə "İzlədiyimiz görüntülər insanı dəhşətə gətirir. Bunlar heç bir zaman görmək istəmədiyimiz və heç bir canılının başına gəlməməsi lazım olan görüntülərdir. Ordakı uşağın zehni problemləri olduğundan o davranışlarının yaxşı və ya pis olduğunu anlamır. Hərəkətlərini anlamayan uşaq niyə döyüldüyünü və nə etməli olduğunu da bilmir"- deyib.

Dr. Figen Qaraceylan Çakmakçı əlavə edib:

"Xüsusilə də, belə uşaqlar aldıqları travmanı sözlə ifadə edə bilmədikləri və onu kimsə ilə bölüşmədikləri üçün öz içərisində saxlayır və bu da onların psixi vəziyyətlərinə əsaslı təsir edir və ağır fəsadlar verir. Təbii ki, travmanın təsiri yüksək olduqda uşaqlar altını isladır, gecələr qorxur, özlərinə zərər verə bilrilər. Altını isladan uşaqlar təkrar şiddətə məruz qalır və beləliklə qapalı dairə yaranır. Onlar da insandırlar, onların da duyğuları var. Normal insanlar kimi bu duyğularını ifadə edə bilmədikləri üçün işgəncənin təsiri daha çox olacaq".

"Belə rəftar irəliləyən yaşlarda da öz təsirini göstərir. Reabilitasiya mərkəzində yaşayan uşaqlar müalicə edilmək, bəzi bacarıqlar əldə etmək, social həyata uğunlaşmağı artırmaq üçün orda qalırlar. Təbbi ki, uşaqlar şiddətə məruz qaldıqda qazandığı bacarıqları da təkrar itirə bilər və ya bir daha bu bacarıqları öyrənə bilməzlər. Bu həm də həyata, ona baxan insanlara və özünə güvənmə hissini azaldır. Bununla yanaşı, yuxu problemləri, iştah problemləri, özlərinə xəsarət yetirmə kimi problemlər üzə çıxır".

Görüntülərdə yer alan M.A. adlı qadının isə həmin axşam mərkəzdə növbətçi olduğu, ancaq görüntülərin yayılmasından sonra mərkəzin müdiri tərəfindən 5 gün izin verildiyi məlum olub.

Hadisə ilə bağlı məsul şəxslər açıqlama verməkdən boyun qaçırıblar.

Xəbərlər     Baxılıb: 3134   Tarix: 18 dekabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil

Jujube (hünnap) yüksək C vitamini tərkibi ilə limon və portağalı geridə qoya bilər. Uzaq Şərq təbabətində uzun illərdir istifadə olunan bu meyvənin immunitet sistemini gücləndirdiyi bildirilir. xəbər verir ki, mütəxəssisləri

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Böyük sağlamlıq faydaları VAR

Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz. .  xəbər verir ki, mütəxəssislər soğanı

.

1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı

"Uzunmüddətli öskürək də risk əlaməti ola bilər". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onun sözlərinə görə, bir ayda

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş

Azərbaycan mətbəxində içalat arasında qaraciyər və böyrək qədər məşhur olmasa da, dana dalağı əslində qida dəyəri baxımından ən zəngin ət məhsullarından biri hesab olunur. Çox vaxt süfrələrdə diqqətdən kənarda qalan bu qid

.

Bu saatlarda çölə ÇIXMAYIN

"Tozcuqların havadakı konsentrasiyası günün müxtəlif saatlarında dəyişir". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onu

.

Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş

Bu gün saqqız adi və zərərsiz vərdiş kimi qəbul olunsa da, onun tarixi minilliklər əvvələ gedib çıxır. İnsanlar hələ qədim dövrlərdə müxtəlif bitki qatranlarını çeynəyərək həm ağızlarını təmizləməyə, həm də nəfəsi təravətləndirməy

turlar.az

kosmetoloq toy makiyaji sekilleri makiyaj instagram abşeron tortu 2026 ci ilin debi ayaq sismesi 2026 payiz qis debi kosmetika vətən həsrətinə aid bayatılar hekaye janri oxu az həsən bəy zərdabi ariqla