Rəisin gəlinini qaçıran kimdir? - TƏFƏRRÜAT
Azərbaycanda polis rəisinin gəlininin qaçırılması hadisəsinin müəyyən təfərrüatları məlum olub.
Rayonlardan birinin polis rəisinin oğlunun nişanlısı başqa birinə qoşularaq qaçıb. Məlumata görə, Ağcabədi rayonunda yaşayan qızla rəisin oğlu 3 il nişanlı olub. Onların bu yaxınlarda toylarının olacağı gözlənilirmiş. Lakin rəis oğlu ilə evlənmək istəməyən qız öz rayonundan olan bir oğlanla qaçmaq qərarına gəlib.
Onların bu əməlindən xəbər tutan rəis isə hadisə baş verən rayonun polis şöbəsinin rəisindən yardım istəyib. Hazırda oğlanın yaşadığı ev polis mühasirəsindədir. Qızın geri qaytarılması tələb olunur.
Məlumatda o da qeyd olunurdu ki, rəisin gəlini Ağcabədidə fəaliyyət göstərən restoranlardan birinin sahibinin qızıdır.
Hadisənin bəzi detallarına aydılıq gətirib. Rayondakı mənbədən verilən məlumata görə, gəlini qaçırılmış şəxs müvəqqəti olaraq Ağcabədidə yerləşdirilmiş Laçın rayon Polis Şöbəsinin rəisi Məhəmməd Kərimovdur. Qaçırılan qızın atası isə Ağcabədidəki "Gənclik" restorannn sahibi Şahin adlı şəxsdir.
Hazırda rayonda həqiqətən də gənclərin yerinin müəyyən etmək üçün axtarış tədbirləri həyata keçirilir. Rəis oğlunun nişanlısını qaçıran şəxsin qardaşı və atası sorğu-suala çəkilib. Axtarış tədbirləri isə qızın atasınn şikayəti əsasında aparılır.
Mənbə bildirib ki, qız öz istəyi ilə qoşulub getdiyinə dair ismarış göndərsə də, axtarış tədbirləri dayandırılmayıb. (missiya.az)









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?
Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş
Tərəf müqabili oldular