Rəqqasə Renka Təranəyə orta barmaq göstərdi: "Mən axrıncı yoldayam..."

Rəqqasə Renka Təranəyə orta barmaq göstərdi: "Mən axrıncı yoldayam..."Prodüser Təranə Səmədova ilə rəqqasə Renka (Rəna Ağamuradova) arasında qalmaqal yaşanıb.

Xanim.az axşam.az-a istinadən xəbər verir ki, şou-biznes nümayəndələri ATV-də yayımlanacaq "Top ulduzlar" adlı proqram üçün Şamaxıya yollanıblar. Verilişlə bağlı keçirilən mətbuat konfransında Təranə ilə Renka dalaşmağa başlayıb. Onların həmin an lentə alınan videoları sosial şəbəkədə yayılıb.

Məsələ ilə bağlı T.Səmədova saytımıza açıqlama verib. O bildirib ki, davanın səbəbi əslində başqa bir problem olub. Təranə Renka ilə illərdir küsülü olduqlarını etiraf edib:

"Mətbuatda elə təqdim olunub ki, guya mən tədbirdə çox danışmışam, aparıcı Azər İsmayılov da mənə sakit dayanmağımı deyib. Amma mən ona əhəmiyyət vermədiyim üçün Rena dönüb məni sakitləşdirmək istəyib. Əslində qalmaqalın səbəbi bu deyildi. Bizim onunla davamız bir ildən çoxdur ki, davam edir. Dava kişi davasıdır. Mən o tərbiyənin sahibi deyiləm ki, olduğum məkanda narahatlıq yaradım.

Renkanın keçmiş sevgilisi mənim dostumun dostudur, münasibətlərimiz var. Bu da məndən inciyib ki, keçmiş sevgilimlə niyə dostluq edirsən. Bir il əvvəl Sayqa Cahidin oğlunun yığıncağında bununla üz-üzə gəldik. Görüşmək istəyəndə mənə üzünü çevirdi. Şoka düşdüm. Keçmiş sevgilisini ona görə tanımamışam ki, indi də münasibəti kəsim. Mən prodüserəm, bizim işbirliyimiz ola bilər".

Təranə rəqqasə ilə dəfələrlə münasibətləri düzəltməyə çalışsa da, qarşı tərəfdən sərt cavab aldığını söyləyib:

"Dəfələrlə məclislərdə üz-üzə gəldik, mən böyüklük etməyə çalışdım. Hər dəfə bu davanı zarafata salırdım. Amma bu qız kobud cavab verirdi. İndi başa düşdüm ki, şou-biznesdə hansı iki qadın arasında davanı araşdırsan, kökündə kişi söhbəti çıxar. Onun tərbiyəsiz şəkildə mənimlə kişi davası etməsinə təəccüblənirəm.

Bu yaxınlarda da bir məclisdə dedim ki, gəl görüşək. Üzünü çevirib getdi, hamı şoka düşdü. Dedim, fikir verməyin, mənimlə kişi dacası aparır. Orada əxlaqsız sözlər işlətdi. Dedim ki, bu cür danışmaq üçün yeddi başın olmalıdır. Həmin gündən onu sildim, görəndə görməməzlikdən gəldim".

Prodüser realiti-şouda Renkanın yer alacağından xəbərsiz olduğunu deyib:

"Bundan avtobusda xəbər tutdum. Otelə gələndə zarafatla dedim ki, bizi bir otağa salın, səhərə kimi dalaşaq. Ona barışıq üçün şans yaratmaq istədim. Mən prodüserəm, ona lazımam. O, mənə lazım deyil. İclas zalında isə dönüb mənə ağız əydi, qayıtdı ki, "sus, danışma". Dedim ki, sən bunu mənə deyəcək insan deyilsən. Ağzımı nə vaxt açıb, bağlayacağımı səndən soruşmayacam. Rəqqasəsən, mənə niyə ağalıq etməlisən? Mənə orta barmağını göstərdi. Kameralar da məni çəkir. Deyirəm ki, məni yox, onun tərbiyəsiz hərəkətlərini çəkin.

Adım çıxıb ki, qalmaqallı birisiyəm. Mənə qayıtdı ki, içib sükan arxasında oturursan. Bu yaxınlarda isə onunla çimərlikdə üz-üzə gəlmişdik. Məni orada yaxşı izləyib. Dacada çimərlik geyimimə söz atırdı. Kökəm deyə, çimərliyə kürk geyinməliydim. Bir qadının başqa qadına belə sözlər deməsi ayıbdır".

Xəbərlər     Baxılıb: 2111   Tarix: 18 avqust 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

geyim dəbləri geyim necə seçməli qaşların formalari dolma reseptleri qəbizlik yay kolleksiyasi toy ucun dizayn kosmetika burclerin uyumu hakışdalar kondom əqrəb bürcler