Rəqsanə nazirliyə MÜRACİƏT ETDİ: "Görüntülərə YAXŞI BAXIN!"

Rəqsanə nazirliyə MÜRACİƏT ETDİ: "Görüntülərə YAXŞI BAXIN!"Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılovanın qızı Aysun 1 saylı körpələr evinə gətirilən ərzaq və pamperslərin avtomobillə başqa yerə daşınmasını əks etdirən görüntülər yayımlayıb.

Sözügedən körpələr evinindirektoru Nəhayət Əliyevanı isə Aysunun dediklərini təkzib edib, onu məhkəmə ilə hədələyib. Məsələ ilə bağlı Rəqsanə İsmayılova BiG.AZ-a açıqlama verib və məhz bu mövzuya görə işlərini atıb Azərbaycana gəldiyini vurğulayıb. Xanım ifaçı bildirib ki, sonuna kimi qızının arxasındadır:

"Əgər qızım Aysun hər hansı bir Azərbaycan vətəndaşının haqqını tapdalayan məsələni gizlətsə, məsələnin aktuallaşmasını ört-basdır etsə, o övladı mən övlad kimi qəbul etmərəm. Çünki mən ona elə tərbiyə verməmişəm ki, yeyilən haqqa göz yumsun. Mən və övladım Allahın qarşısında alnımız açıq, başımız dikdir. Sözümüzü də demişik. Əlimizdə başqa videolar da var. Hamısını hüquq-mühafizə orqanlarına təqdim edəcəyik".

Rəqsanə İsmayılova Səhiyyə Nazirliyinin Aysunun yaydığı görüntüləri saxta adlandırmasına da münasibət bildirib. O, saytımız vasitəsilə nazirliyə müraciət edib:

"Səhiyyə Nazirliyinə müraciət edib demək istəyirəm ki, videoya yaxşı baxsınlar. Bu görüntülər nədir ki. Əlimizdə 20-yə yaxın videolar, faktlar var. Ölkə başçımız İlham Əliyev dəfələrlə çıxışlarında hər hansı bir rüşvət faktını, haqszılığı gizlətməməyi, bu barədə lazımi orqanlara müraciət etməyi əmr edib. Biz yalan deyiriksə, bütün qonşular da yalan deyir? Qonşular da hadisəyə şahiddir. Onlar bizə müraciət edib məhkəməyə gəlmək, şahid qismində iştirak etmək istəyirlər. Aysunun 20 yaşı var, uşaqdır. Onun bu addımını alqışlamaq lazımdır".

R.İsmayılova 1 saylı körpələr evinin direktoru N.Əliyevanın Aysun haqqında dediyi sözlərə də münasibət bildirib və onu Allaha həvalə etdiyini söyləyib:

"N.Əliyeva kimsəsiz uşaqların saxlanıldığı bir müəssisəyə rəhbərlik edir. Məsləhət görərdim ki, bir məsul şəxs, direktor kimi danışığının fərqinə varsın. Çünki həmin sığınacaqda minlərlə uşaq saxlanılır, onlar sənin kimi direktordan nə tərbiyə götürücək axı? Aysunu heç kim təkləyə bilməz. Qızımın mənim kimi anası var arxasında. Nə tədbir lazımdırsa, görəcəyik".

R.İsmayılova sonda Azərbaycan xalqına, məsələni işıqlandırdığına görə mətbuat orqanlarına minnətdarlığını bildirib.

Xəbərlər     Baxılıb: 2456   Tarix: 04 may 2018
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

sac duzumleri qaşların formalari sade makiyaj sekilleri qəbizlik böyrək problemi ləkə üçün maskalar ana südü artırmaq kosmetika ikizler balıq tapmaca bakire qadin.az