Rəşad Mahmudov pandemiyadan danışdı: Buna məcburuq...

Rəşad Mahmudov pandemiyadan danışdı: Buna məcburuq...Pandemiya xəstəliyi özünəməxsus fəsadları ilə bərabər, insanların psixologiyasına da mənfi təsir göstərir. Dünya tibb elminin bu virus qarşısında aciz qalması və xəstəliyin dərmanının tapılmaması vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Amma düşünürəm ki, bundan əvvəlki dövrlərdə olduğu kimi, koronavirus pandemiyasının da çarəsi tapılacaq. Çünki bu, bütün bəşəriyyəti narahat edən məsələdir.
Milli.Az bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, parlamentin Səhiyyə komitəsinin sədrinin müavini, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.
Tibb elmləri doktoru diqqətə çatdırıb ki, müəyyən qrup insanlar xəstəliyin ciddiliyini, mahiyyətini anlamayaraq, qeyri-sağlam düşüncə ilə cəmiyyəti çaşdırır, məntiqə sığmayan şayiələr yayırlar. Tarixdən də bəlli olduğu kimi, yoluxucu xəstəliklərin birinci, ikinci və hətta üçüncü dalğasının olması mümkündür. Azərbaycan vaxtında qabaqlayıcı tədbirlər görməklə pandemiya ilə mübarizədə indiyədək uğurlu yol qət edib. Verilən düzgün qərarlar, atılan qətiyyətli addımlar və mərkəzləşdirilmiş idarəetmə, eləcə də cəmiyyətin bu proseslərə müsbət reaksiyası bizə ağır fəsadlardan və itkilərdən yayınmağa imkan verdi. Amma karantin qaydaları yumşaldıldıqdan sonra insanlarda bir qədər arxayınlıq yaranıb. Buna qətiyyən yol vermək olmaz. Belə bir çətin dövrdə məsuliyyətsiz və laqeyd olmağa haqqımız yoxdur. Dövlətimizin başçısı da qeyd etdiyi kimi, vəziyyəti düzgün qiymətləndirmək lazımdır.
Deputat bildirib ki, heç bir dövlət və ölkə karantin rejiminin müddətini uzatmaqda və ya onu sərtləşdirməkdə maraqlı deyil. İqtisadiyyatın inkişafı və dayanıqlılığı üçün iş yerlərinin yenidən açılması, ticarət dövriyyəsinin artması çox mühümdür. Heç bir dövlət iqtisadiyyatının inkişafının dayanmasında maraqlı deyil. Burada əsas məqsəd vətəndaşların sağlamlığının qorunması və pandemiyanın fəsadlarının aradan qaldırılmasına xidmət edir.
Hər bir vətəndaş anlamalıdır ki, o, dövlətin koronavirusa qarşı mübarizədə gördüyü işlərə kölgə salmamalı, əksinə, onu nümunəvi davranışı ilə dəstəkləməlidir. Qeyd etməliyik ki, Azərbaycanın xəstəliklə mübarizə tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yüksək qiymətləndirilib və ölkəmizin təcrübəsi digər dövlətlərə nümunə göstərilir.
Səhiyyə komitəsinin sədr müavini vurğulayıb ki, Prezidenti İlham Əliyev hər çıxışında, hər müraciətində vətəndaşları diqqətli, məsuliyyətli olmağa çağırır. Dövlətimizin başçısı hər bir Azərbaycan vətəndaşının taleyi üçün narahatdır. İnsanlar pandemiyanın nə qədər ciddi olduğunu dərindən anlamalıdır.
"Hazırda ölkəmiz aparılan hər 200 testdən 1 faiz yoluxma ilə öz uğur hekayəsini yazmaqdadır. Bu, faktdır. Digər ölkələrdə ölüm sayının gündən-günə artdığı halda, ölkəmizdə bu rəqəmin cüzi olması bunu bir daha sübut edir. Bu, xəstəlikdən minimum itki ilə çıxmaq deməkdir, bu, böyük nəticədir.
Son dərəcə həssas və diqqətli olmalıyıq. Evdən çıxarkən qaydalara və qanunlara riayət etmək və başqalarına problem yaratmamaq lazımdır.
Həyatımızın normal axara düşməsini hamımız arzulayırıq. Buna töhfəmizi verməliyik. İndiki şəraitdə pandemiyanın bizim üçün yaratdığı həyat normasına uyğunlaşmağa məcburuq. Bununla biz həm də gələcəyimizi təmin etmiş oluruq", - deyə Rəşad Mahmudov fikrini yekunlaşdırıb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1124   Tarix: 15 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

hamilelikde qidalanma yay geyimləri 2026 aksessuarlar pnevmoniya xesteliyi şalvar modelləri çanta ayaqqabı gül buketləri kosmetika qurd xəstəliklərinə qarşı mualicə pomidor naz mila novruz bayramina aid hakisdalar uzeyir hacibeyli