Rəvan canlı yayımda evlilik təklifi etdi: 'Onu çox sevirəm
"Onu çox istəyirəm, çox sevirəm, mənim üçün çox dəyərlidir".
azxeber.com xəbər verir ki, müğənni Rəvan Qarayev bu sözləri ATV-də yayımlanan "Rəngarəng səhər" verilişində həkim sevgilisi barədə açıqlamalar verərkən deyib.
İllərdir birlikdə olduqlarını deyən müğənni, hazırda xanımın ondan küsdüyünü bildirib və sevgilisinə səslənərək ona evlilik təklifi edib:
"Uzun illərdir birlikdəyik. Buradan demək istəyirəm ki, sən mənim üçün çox dəyərlisən. Və təklif edirəm ki, gələcəkdə ailə quraq, birlikdə xoşbəxt yaşayaq. Məni bağışla".
Daha sonra müğənni evlilik üçün tələsmədiyini, buna hələ zamanının olduğunu bildirib.
Xatırladaq ki, daha öncə iki dəfə evlilik həyatı yaşayan müğənni, üçüncü dəfə evlənməyəcəyini açıqlamışdı.
Aysel









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir