Revmatizmdə prosesə ilkin olaraq ən iri və işlək oynaqlar qoşulur

Revmatizmdə prosesə ilkin olaraq ən iri və işlək oynaqlar qoşulurRevmatizm epidemik xəstəlik olmasa da, onun yaranmasına səbəb olan streptokok infeksiyası epidemiya xarakteri daşıya bilər. Ona görə də xəstəlik məktəbli, uşaq evləri və xəstəxanalarda, həmçinin yoxsulluq və şəraitsizlik içində yaşayan böyük ailələrdə baş verən streptokok epidemiyalarından sonra meydana çıxır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Solmaz Musayevanın dediyinə görə, xəstəlik kəskin şəkildə keçirilmiş anginadan təxminən üç həftə sonra başlayır. Çox vaxt temperatur 40 dərəcəyədək artır, nəbz sürətlənir, titrəmə, möhkəm tərləmə, halsızlıq yaranır, oynaqlar şişkinləşir və ağrılı olur. İlk növbədə prosesə ən iri və işlək oynaqlar qoşulur. Prosesə cəlb olunan oynaq şişir, qızarır, əllə yoxlayanda isti olur, hərəkət zamanı güclü ağrılar baş verir. Ağrılar keçici xarakterdə olur və bir oynaqdan digərinə ötürülür: "Bəzi hallarda, xüsusən uşaqlarda revmatizm daha yumşaq, hətta xroniki formaya keçə bilər. Ümumi halsızlıq, ürəkdöyünmə və oynaqlarda qeyri-spesifik yüngül ağrılar olur".
O, xəstəliyin müalicəsi haqqında deyib ki, ilkin mərhələlərdə antibiotiklərdən istifadə olunur. Sonrakı dövrdə iltihab əleyhinə müalicə və fitoterapiya daha səmərəlidir.
Pəhriz barədə isə həkim-terapevt bunları deyib: "Revmatizmin kəskinləşməsi zamanı 3-4 gün ərzində meyvə pəhrizi saxlamaq lazımdır. Xəstənin qəbul etdiyi qida məhsulları zülal və vitaminlər, xüsusən də C vitamini ilə zəngin olmalıdır. Qidada xörək duzu, karbohidratlar, o cümlədən şəkər, ağ çörək, kartof, qızardılmış və yağda yeməklər, ədviyyatlar, çay, qəhvə və alkoqol məhdudlaşdırılmalıdır. Revmatizm zamanı ilin fəslinə uyğun olaraq qarpız, təzə qaragilə meyvələri və onlardan hazırlanan dəmləmə, bişirmə və kisellər, ballı quşüzümü şirəsi qəbul etmək məsləhətdir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1803   Tarix: 14 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

geyim necə seçməli qadın geyimi geyim şəkilləri yay kolleksiyasi 2026 qonaq otagi daglar haqqinda qırmızı xalça kosmetika gözellik burcler haqqinda vətən haqqında atalar sözləri veten haqqinda atalar sozu veten haqqinda atalar sozleri