"Röya acından ölürdü"
"Röyanın əməkdar artist fəxri adına layiq görülməsinə görə çox adam məni təbrik edir".
Bunu əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli bildirib. Onun sözlərinə görə, sənətçinin ad alması ətrafı üçün sürpriz olub:
"Röyanın Əməkdar artist fəxri adına layiq görülməsini mən özüm də gözləmirdim. Bizimlə işləsə də, işləməsə də, belə deməliyəm ki, Röya çox çalışqandı. Öz üzərində işləyən hər kəsin əməyi gözə görünür və qiymətləndirilir. Röya hər dəfə özünü göstərir, tək Azərbaycanda deyil, ondan kənarda da, konsertlər verirdi. 15 rayonda birdən konsert verirdi. Bunu ona məcbur etmirlər, özü sənətini sevdiyi üçün edir. Bundan əlavə, ondan tamaşaçı konsert istəyir. Zənglər olunur, məndən də onun konsert verməsini istəyirlər".
Bəstəkar vurğulayıb ki, Röya bir müğənni kimi vəzifəsinin nədən ibarət olmasını bilir:
"Röya dünən axşam Qubada konsert verib, bizə gəldi. Soyuqdan titrəyirdi, acından ölürdü, dedi "mama, səhərdən evdən çıxmışam heç nə yeməmişəm". Bu adam səhnədə olanda aclığı, soyuğu hiss eləmir. Röya səhnə ilə nəfəs alır, doyur, səhnə onun üçün hər şey deməkdir. Röya buna layiqdir. Demirəm tez oldu, gec oldu, axır ki, o da zəhmətinin bəhrəsini gördü. Bu ona bir az da stimul verər".
N.Mirməmmədli deyib ki, Röyanın əməyi onun zəhmətinin qarşılığında qat-qat çoxdur:
"O, yorulmadan işləyir. Bu ad ona layiqdir. Amma aramızda elələri var ki, sənəti fikirləşmir, yalnız cibi üçün çalışır. Öz cibləri deyil, bir az da xalq üçün çalışmaq lazımdır".
Qeyd edək ki, prezident İlham Əliyev dekabrın 30-da Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. Həmin sərəncamda müğənni Röya (Nəcəfova Röyalə) Əməkdar artist fəxri adına layiq görülüb./aznews.az/
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Tərəf müqabili oldular
20 yaş cavanlaşmağın qiyməti bilindi - Ebru sərvət ödədi
Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil
Bağırsaq sağlamlığını yaxşılaşdırmağın 5 elmi yolu
Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti
Aspirin xərçəng riskini azaldır?
Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?
İnsan övladı üçün hər şeydən keçər' - İlk dəfə ailəsindən danışdı
Bu saatlarda çölə ÇIXMAYIN