Röya xəstəxananın işçisi kimi vaksin vurdurub

Röya xəstəxananın işçisi kimi vaksin vurdurubXəbər verdiyimiz kimi, ötən gün xalq artisti Röya Ayxan koronavirusa qarşı peyvənd olunub. Müğənninin öz instaqram hesabına yerləşdirdiyi görüntülərdən aydın olur ki, vaksinasiya prosesi özəl klinikalardan birində baş tutub, ona könüllü olaraq "Sinovac" vaksini vurulub.
Open.az xəbər verir ki, bu paylaşım əhalinin vaksinasiya olunmasına yönəlmiş təbliğat xarakteri daşısa da, insanlar arasında bəzi suallar yaradır. İstənilən şəxs poliklinikaya və ya özəl klinikaya gedib könüllü peyvənd oluna bilərmi? Könüllü peyvəndləmə mümkündürsə, o zaman əhalinin vaksinasiyası ilə bağlı mərhələlər nə üçündür?
Bildiyimiz kimi, yanvarın 18-dən başlanan vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyətin peyvəndlənməsi nəzərdə tutulurdu. İkinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, yüksək riskli şəraitli işlərdə çalışanlar və digərləri daxildir. Digər tərəfdən isə, ilkin mərhələdə yalnız dövlət xəstəxanalarında vaksinasiya strategiyası nəzərdə tutulur.
Mövzunu araşdırmaq üçün Bakıda yerləşən bir neçə özəl klinika ilə əlaqə saxladıq. Klinikalardan həmin tibb müəssisələrində əhalinin vaksinasiya edilmədiyini, yalnız işçilərin vaksinasiya prosesinə cəlb olunduğunu bildirdilər.
Müraciət etdiyimiz dövlət poliklinikalarından bəzilərində hələ tibb işçilərinin vaksinasiyasının davam etdiyi deyilsə də, digərlərində artıq əhalinin vaksinasiyasına başlanıldığını, yaşı 65-dən yuxarı olanların peyvənd olunduğunu öyrəndik. Lakin bunun üçün əvvəlcədən qeydiyyata düşmək lazımdır. Qeydiyyat isə yaşı 65 və yuxarı olan, həmçinin son 1 il ərzində "COVID-19" analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulub.
Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya bildirdilər ki, peyvəndlənmə prosesi strategiyaya uyğun olaraq davam edir. Yəni istənilən şəxs könüllü şəkildə poliklinikaya müraciət edib peyvənd oluna bilməz: "Fevralın 8-dən etibarən "COVID-19" əleyhinə vaksinasiyasının növbəti mərhələsi başlanılacaq. Hazırda qeydiyyat davam edir, yaşı 65-dən yuxarı olan şəxslər randevu.its.gov.az saytından qeydiyyatdan keçməklə vaksinasiya oluna bilərlər. Qeydiyyat ona görə lazımdır ki, pandemiya dövrüdür, növbəsiz gələndə kütləvilik yaranır və qaydalar pozulmuş olur".
Nazirlikdən o da bildirilib ki, əhali peyvənd üçün özəl klinikalara müraciət edə bilməz, hazırda vaksinasiya yalnız dövlət poliklinikalarında həyata keçirilir.
Müğənni Röya Ayxanın peyvənd olunmasına gəlincə isə…
Nazirlikdən onu da öyrəndik ki, ifaçı fotosunu paylaşdığı özəl tibb müəssisəsinin sadəcə bir işçisi kimi peyvənd olunub:
"Özəl tibb müəssisəsi Səhiyyə Nazirliyinə öz işçilərinin sayını təqdim edir və həmin say əsasında tibb işçilərinin peyvəndlənməsi üçün tibb müəssisəsinə peyvənd təqdim olunur. Əgər hər hansı bir tibb müəssisəsi bu peyvəndi kənar bir şəxsə vurarsa və ya satarsa buna görə müəyyən məsuliyyət nəzərdə tutulub. Bu işə nəzarət edən qurumlardan biri də Səhiyyə Nazirliyidir. Sözügedən məsələ ilə bağlı özəl tibb müəssisəsinin rəhbəri Barat Yusubov Səhiyyə Nazirliyinə bildirib ki, Röya xanım artıq 1 ildən artıqdır ki, həmin tibb müəssisəsində PR menecer vəzifəsində çalışır. Vergilər xidmətinin portalında da qeydiyyatdan keçib. Onların rəsmi ştatda olan işçisi kimi peyvəndlənmədən keçib". qafqazinfo

Şou Biznes     Baxılıb: 1511   Tarix: 08 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

.

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

.

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

.

Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür

Müğənni Nuranla Avroviziya qalibimiz Nigar Camal duet oxuyacaq. Bu barədə Nuran özü məlumat verib. O, "TMB 100.5 FM"də  Lamiyə Ələkbərovanın "Ulduzla danış" rubrikasında danışıb. "Biz görüşəndə bir-birimiz

.

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

.

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

turlar.az

donlar 2026 toy makiyajlari həkim məsləhəti 2026 cu ilin modasi murebbeler 2026 hicab cins 2026 kosmetika cinsi əlaqə hekaye janri baldiza aid hakisda öpüşme kahfe falı