Röyanın keçmiş əri ilə bağlı elə xəbər yayıdı ki...

Röyanın keçmiş əri ilə bağlı elə xəbər yayıdı ki..."Çuda Peçka" mağazalar şəbəkəsi fəaliyyətini tamamilə dayandırıb.

Xanim.az musavat.com-a istinadən xəbər verir ki, martın 1-də "Çudo Peçka"nın "Nəriman Nərimanov" metrostansiyasının yaxınlığında yerləşən mağazası da qapadılıb. Mağazada fəaliyyət göstərən işçilərə isə maaşları verilməyib.

Son günlər "Çudo Peçka"nın rəhbəri Anar Cəlilov şirkətin metronun "Nəriman Nərimanov" stansiyasının yaxınlığında yerləşən mağazasında otururmuş. İcarə haqqını verə bilmədikləri üçün şirkətin əsas ofisi də bir neçə gün öncə bağlanıb.

Məlumata görə, Anar Cəlilov son günlər maddi sıxıntılar içərisindədir. Bildirilir ki, o, hətta şəxsi ehtiyaclarını ödəməyə belə, pul tapmırmış. Anar Cəlilovun bütün mülklərinin girovda olduğu bildirilir. Aylardır ki, maaş ala bilməyən işçilər məhkəməyə müraciət etsələr də, heç bir nəticə yoxdur. Bildirilir ki, "Çudo Peçka"da çalışan əməkdaşların hər birinə Anar Cəlilovun borcu var. İşçilər maaşını tələb etdikdə isə, o, pulunun olmadığını söyləyir.

Əldə etdiyimiz məlumata görə, "Çudo Peçka"nın bağlanan mağazasının yerində yenidən şirniyyat yeri fəaliyyət göstərəcək. Lakin həmin obyektləri Türkiyə vətəndaşları işlədəcəklər.

Onu da qeyd edək ki, ötən il "Çudo Peçka" mağazalar şəbəkəsi məhkəmə qərarı ilə sabiq iqtisadi inkişaf naziri Heydər Babayevdən alınaraq, şirkətin qurucusu, iş adamı Çingiz Cəlilova qaytarılmışdı (Çingiz Cəlilov, şirkətin rəhbəri Anar Cəlilovun atasıdır).

Belə ki, "Çudo peçka" mağazalar şəbəkəsi 2000-ci ildə Çingiz Cəlilov tərəfindən yaradılıb. Ç.Cəlilov şəbəkəni qurmaq üçün "Bank Standart"dan götürdüyü 2.5 milyon dollar krediti qaytara bilmədiyinə görə kafe-mağazalarda tez-tez yoxlamalar aparılıb, cərimələr tətbiq edilib.

Yekun olaraq Ç.Cəlilov kredit borcunu qaytara bilməyib və MMC-yə daxil olan şəbəkələr "Bank Standart"ın girovluğunda qalıb. Bankın səhmlərinin böyük bir hissəsinin isə sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin olduğu bildirilir. Nəticə olaraq, "Çudo peçka" da son illərdə Heydər Babayevin biznes şəbəkəsinə aid edilirdi.

Mağazalar şəbəkəsi sahibinə qaytarıldıqdan sonra da problemlər düzəlmədi və xeyli sayda işçilər ixtisar olunub, bir neçə mağaza bağlanıldı. Bu ilin fevral ayında isə şəbəkənin "Əhmədli", "Neftçilər" və "28 May" metrostansiyalarının yaxınlığında yerləşən mağazaları fəaliyyətini dayandırmışdı.

Qeyd edək ki, hazırda fəaliyyəti tamamilə dayandırılan "Çudo Peçka"nın bir zamanlar metronun "İnşaatçılar", "İçərişəhər", "Sahil", "28 May", "Nəriman Nərimanov", "Qara Qarayev", "Əhmədli" və "Neftçilər" stansiyalarının çıxışlarında da kafe-mağazaları fəaliyyət göstərib.

A.Cəlilov əməkdar artist Röya Ayxanın həyat yoldaşı olub.
Röyanın keçmiş əri ilə bağlı elə xəbər yayıdı ki...

Xəbərlər     Baxılıb: 4227   Tarix: 02 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

turlar.az

makiyaj instagram maskalar sac duzumleri onkoloji xəstəliklər gözəl xanım uz ucun cavanlasdirici maskalar sizanaqlara qarsi kosmetika bedii edebiyyat qardasa aid haxistalar bayatılarımızda vətən həsrəti zencefil tapmaca