Rusiya səfirini qətlə yetirən FETÖ-çüdür? - FOTO
Ötən gün Ankarada rəsm sərgisinin açılışında iştirak edən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov sui-qəsd nəticəsində öldürüldü.
Qeyd edək ki, diplomatı qətlə yetirən şəxs 1994-cü il təvəllüdlü, Ankara Çevik Qüvvət Müdirliyində işləyən polis əməkdaşı Mövlud Mert Altıntaşdır.
Məlumat üçün bildirək ki, Mövlud Mert səfirə atəş açdıqdan sonra: "Biz Suriyada hər gün ölürük, qətliamda rolu olan hər kəs cavab verəcək", "Hələbdə uşaqları öldürürsünüz, bunun intiqamını alacağıq", - kimi mesajlar verib.
Xatırladaq ki, Mövlud Mert hadisədən dərhal sonra zərərsizləşdirilib.
Qadinsayti.az modern.az-a istinadən xəbər verir ki, Türkiyənin hökumətə yaxın KİV-lərində səfirin qatili olan polis məmurunun Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəli olduğu haqda məlumatlar yayılıb. Lakin bu iddia hələlik rəsmi təsdiqini tapmayıb.









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Bu qidalar beyin damarlarına zərər verə bilər
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın