Rüşvətə görə tutulan azərbaycanlı nazirdən BƏD XƏBƏR: Reanimasiyaya... + VİDEO

Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sədri, azərbaycanlı Roman Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə "Ukrainskaya Pravda" nəşri Ukrayna Milli Antikorrupsiya Bürosuna istinadən məlumat yayıb.

"Nəsirov "qaz işi" çərçivəsində aparılan axtarış zamanı saxlanılıb", - deyə Bürodan bildirilib. Bundan əvvəl DFX binasında axtarış aparılıb.

Məlumata görə, hazırda Nəsirov barəsində istintaq tədbirləri həyata keçirilir.

R.Nəsirovun vəkilləri onun huşsuz vəziyyətdə olduğunu əsas gətirərək, istintaq tədbirlərinin qanuna zidd aparıldığını iddia edirlər. Onlar R.Nəsirovun saxlanılması qərarından şikayət verəcəklərini bildiriblər.

Vəkil Denis Fetisovun sözlərinə görə, R.Nəsirov Ukrayna Cinayət Məcəlləsinin 364-cü maddəsi üzrə (vəzifədən sui-istifadə) şübhəli bilinir.

Məlumata görə, huşsuz vəziyyətdə olan Roman Nəsirov "Feofaniya" klinikasından xərəklə kardioloji korpusa aparılıb. Onun reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.
Həkimlər R.Nəsirovun infarkt keçirdiyini bildiriblər.

Qeyd edək ki, bir müddət əvvəl Ali Radanın deputatı Aleksandr Onişenko barəsində "külli miqdarda dövlət əmlakının talanması" maddəsi üzrə cinayət işi başlanılıb.

İstintaqın materiallarına əsasən, 2013-cü ilin yanvarından 2016-cı ilin yanvarınadək "Ukrqazdobıça" şirkəti də daxil olmaqla, bir neçə müəssisənin rəsmiləri Onişenkonun köməyi ilə, ölkə daxilində hasil olunan qazı aşağı salınmış qiymətlərlə satmaq yolu ilə dövlət vəsaitlərini mənimsəyiblər. Qeyd olunan hərəkətlər nəticəsində dövlətə 120,5 mln. dollar ziyan dəydiyi qeyd olunur. Sonradan Rada Onişenkonun cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsinə razılıq verib, lakin qərar qəbul edilməzdən əvvəl Onişenko ölkəni tərk edib. Deputat həmçinin dövlətə xəyanətdə və Ukraynada vəziyyəti gərginləşdirməyə hazırlıq görməkdə şübhəli bilinir.

Barəsində axtarış elan edilən Aleksandr Onişenko Roman Nəsirovun saxlanılmasını şərh edib.

"Bu, Ukrayna Milli Antikorrupsiya Bürosunun (UMAB) indiyədək uğradığı və bundan sonra uğraya biləcəyi ən böyük uğursuzluqdur. İstintaq heç nə sübut edə bilməyəcək. Çünki Nəsirovla münasibətlərimizdə heç vaxt pul faktoru olmayıb. Bu səviyyədə bir şəxsin saxlanılması və həbs edilməsi UMAB-a və, ümumilikdə, hakimiyyətə böyük zərbədir", - deyə o bildirib.

Onun sözlərinə görə, "bir nəfəri gözdən salmaq cəhdi bütün antikorrupsiya sisteminin nüfuzdan düşməsi ilə nəticələnə bilər".

Rüşvətə görə tutulan azərbaycanlı nazirdən BƏD XƏBƏR: Reanimasiyaya... + VİDEORüşvətə görə tutulan azərbaycanlı nazirdən BƏD XƏBƏR: Reanimasiyaya... + VİDEORüşvətə görə tutulan azərbaycanlı nazirdən BƏD XƏBƏR: Reanimasiyaya... + VİDEORüşvətə görə tutulan azərbaycanlı nazirdən BƏD XƏBƏR: Reanimasiyaya... + VİDEO

Xəbərlər     Baxılıb: 1980   Tarix: 03 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

turlar.az

qadin sayti geyim şəkilləri maskalar əməliyyatlar maraqli sekiller vətən haqqında inşa ana südü artırmaq kosmetika qaynana vidyolar efsaneler gunay vətənə aid bayatı