Sabunçuda "Üzüm bağı" təriqətinə üzv olan ana 5 yaşlı körpəsini boğub öldürdü — Pis ruhları çıxarırdım

Sabunçuda "Üzüm bağı" təriqətinə üzv olan ana 5 yaşlı körpəsini boğub öldürdü — Pis ruhları çıxarırdımSabunçu rayon Məhkəməsində 5 yaşlı övladını qəsdən öldürən Qulibəyova Nazilə Yusub qızı ilə bağlı təyin olunan məhkəmə tibbi ekspertizanın müddəti uzadılıb.

"Ölkə.Az" xəbər verir ki, həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərarı hakim Süleyman Ağayev verib.

Xatırladaq ki, 5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən Nazilə Qulibəyova ilə bağlı məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib və hakim qadının anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edib.

Belə ki, məhkəmə proseslərinin birində keçmiş gəlininin xarakterindən danışan N.Qulubəyova bildirib ki, o, tək yaşamağı sevirdi, rəfiqələri olmayıb, ətrafdakılarla ünsiyyəti yox idi.

Məhkəmədə sualları cavablandıran Nataliya Qulubəyova nəvəsinin kim tərəfindən öldürülməsi haqda suala belə cavab verib:

"Mən əminəm ki, anası tərəfindən öldürülüb. Mən evə girəndə mənzərəni gördüm. O, heç bir reaksiya vermirdi. Nəvəm başqa otaqda yerdə uzanmışdı. Nazilə isə başqa otaqda divanda oturmuşdu. Heç bir reaksiya vermirdi, heç nə danışmırdı. Bir ana övladına necə qıya bilər? Mən də anayam, övladım yaşasın deyə, canımı verərəm".

Şahid hadisəni törədən zaman gəlininin affekt vəziyyətində olması ilə bağlı suala cavab verə bilməyəcəyini deyib.
Məhkəmədə mərhum Fəridin atası Rüstəm Qulubəyov şahid kimi çağırılan Sima Xaliqiyə suallar verib.
Sima Xaliqi təqsirləndirilən şəxsi dini təriqətin iclaslarına aparıb.

Rüstəm Qulubəyov S.Xaliqiyə sualında, ondan arvadının belə problemlərinin olduğu halda onlara niyə məlumat vermədiyini soruşub.
S.Xaliqi isə deyib ki, Nazilə Qulibəyova ilə görüşdükləri ərəfədə onun heç bir problemi olmayıb.

İlkin məlumat isə belədir ki, dəhşətli qətli törədən 1983-cü il təvəllüdlü Nazilə Qulubəyova Bakıda "Üzüm bağı" dini təriqətinin üzvü olub.
O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib.

Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib.
Orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.

Uşağı xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova tərəfindən öldürüldüyü məlum olub. N.Qulubəyova "pis ruhları çıxartmaq" üçün oğlunun ağız nahiyəsinə əski tutaraq boğub.

Xəbərlər     Baxılıb: 2106   Tarix: 09 fevral 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geyim seçimi geyim şəkilləri qadin dunyasi varikosel oğlanlar necə qızları sevirlər nagillar veten haqda atalar sözləri kosmetika arxadan olmag şəkərbura balıq seksual qiz adlari