Saçımız tökülürsə, nə edək? - ARAŞDIRMA - FOTO

Saçımız tökülürsə, nə edək? - ARAŞDIRMA - FOTOSaç tökülməsi problemi ilə üzləşən xanımların sayı getdikcə artır. Kimi bu problemdən çıxış yolu olaraq müxtəlif şampunlar alır, kimi vitamin kompleksləri ilə həll etməyə çalışır, kimi maskaları yoxlayır və s. Uğurlu alınanı da olur, cəhdləri nəticəsiz qalanı da.
Bəzən deyirlər ki, saç daranması indi azdır, ona görə saç tökülməsi çoxdur. Niyə bu problem artıb? Həlli üçün nələr etməliyik?
Milli.Az xəbər verir ki, "Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Saçımız tökülürsə, nə edək? - ARAŞDIRMA - FOTODermatoloq Vaqif Abdullayev ilk olaraq bildirdi ki, saçı darayanda, dartanda, 7-8 tel düşürsə, bu, normaldır. Əgər 15-20 tel düşürsə, bu, problemdir. Gün ərzində 60-a qədər saç tökülməsi normal sayılırsa, 100-200 tökülmə artıq ciddi problem göstəricisidir. Ciddi problemlə üzləşənlərin sayının bu gün çox olmasına gəlincə, V.Abdullayev dedi ki, saç tökülməsinə təsir edən faktorlar artıb:
"Əslində, əvvəllər də insanlarda saç tökülməsi halları olub. Təbii ki, indiki qədər deyildi. Ona görə müasir zamanda saç tökülmə problemi ilə müraciət edənlər də çoxdur".
Saçımız tökülürsə, nə edək? - ARAŞDIRMA - FOTO"Daramamaq səbəb deyil"
V.Abdullayev faktorların fərqli və çox olduğunu dedi:
"Autoimmun xəstəliklər, hormonal balansın pozulması, infeksion xəstəliklər, stress, bəzi mikroelementlərin çatışmazlığı və s. ola bilər. Məsələn, sink, dəmir çatışmazlığı da saç tökülməsinə yol açır. Urbanizasiyanın təsirindən yetəri qədər mikroelement, vitamin qəbul edə bilməyən insanlar var. Bu da təsirini göstərir. COVİD-19-dan sonra saç tökülmələri çox artıb. Saç diblərinə zərər vuran formada hörük, saç yığımları olarsa, onun da təsiri ola bilər. Saç tökülməsi problemi yaşayanların çoxu heç də onları edənlər deyil. Çünki o cür yığımlar, indi dəbdə deyil".
Qadınların saç daraması hallarının azalmasının təsirinə gəlincə, V.Abdullayev bununla bağlı hər hansı elmi araşdırma olmadığını dedi:
"Saçı daramamaq saçın tökülməsinə təsir edən ciddi faktor deyil. Düzdür, daranma özü də bir masaj kimi dərinin mikrosirkulyasiyasına müsbət təsir göstərir. Masaj zamanı damarlar daha çox genişlənir, saç kökünə daha çox qan gəlir. Saç kökləri daha yaxşı qidalanır. Müsbət effekt verir. Ancaq demək olmaz ki, saçların tökülməsində az daranması, yaxud daranmaması səbəbdir".
Saçımız tökülürsə, nə edək? - ARAŞDIRMA - FOTOMüalicəvi şampunlar həll yoludur?
Dermatoloqun sözlərinə görə, səbəbini bilmədən tətbiq etdiyimiz həll yolu nəticə verməyəcək:
"Adam var ki, hansısa vitamini qəbul edir, saç tökülməsi dayanır. Sonra hamıya məsləhət görür ki, mən bunu etdim, düzəldi. Rəfiqəsi də edir, amma onda nəticə uğurlu olmur. Çünki problem eyni olsa da, səbəb fərqlidir. Deməli, rəfiqəsində səbəb başqadır. Onu tapmaq lazımdır. Boşuna vitamin qəbul etməyin faydası olmayacaq. Bəzən adam çox stress keçirir, hər bir məsələyə baxır, amma səbəbin stressi ilə bağlı olduğunu düşünmür. Bu diaqnozu da özü qoymamalıdır. Ola bilər adam stressə bağlayar, amma hansısa daxili problemlə bağlı olar. Diaqnozu mütəxəssis qoymalı və ona uyğun tədbirlər görülməlidir".
Şampunların effektinə inananlar da var. V.Abdullayev deyir ki, müalicəvi şampunlar var. Onlar da bütün növ saç tökülmələrində effektli olmur:
"Müalicəvi və kosmetik şampunlar var. Kosmetik şampunlar güclü effektə malik deyil. Yuyucu vasitə kimi rahat istifadə edilə bilər. Müalicəvi şampunlara gəlincə, tibdə onların effektinə inanan da var, inanmayan da. Bu da problemə görə dəyişir. Daxili orqanlara bağlı problemdirsə, bu zaman rolu olmayacaq. Ancaq saç dərisi kimi məsələyə bağlıdırsa, o zaman effekt göstərə bilir. Müalicəvi şampunlar da yalnız həkimlər tərəfindən təyin olunmalıdır".
"Qidalanma düzgün olmalıdır"
V.Abdullayev bildirdi ki, saç dərisinə qulluğu unutmamalıyıq:
"İllər öncə ilə müqayisə etsək, bu gün xanımlarımızın saça qulluq faizi çox artıb. 30-40 il əvvəl insanlar saçlarına daha az fikir verirdilər, nəinki indi. Necə ki üz dərisinə, dırnaqlara qulluq edilir, saçlara da qulluq etmək lazımdır. Düzgün şampunlardan, yuyucu vasitələrdən istifadə etmək lazımdır. Yağlı saçlardırsa, yağlı saçlar üçün olan şampunlardan istifadə edilsin. Quru saçları yağlı saçlar üçün olan şampunlarla yuduqda, saçların daha çox quruması müşahidə olunacaq. Daha çox ziyan görəcək".
Mütəxəssis bildirdi ki, sağlam saçlarımız olması üçün qidalanmaya xüsusi diqqət etməliyik: "Qidalanma düzgün, rasionumuz vitaminlərlə, mikroelementlərlə zəngin olmalıdır. Tək "fast-food"larla qidalanan adamın dərisi də, saçı da düzgün qidalanan insanın saçından, dərisindən fərqlidir. Spirtli içki, siqaret saçlara mənfi təsir göstərir. Saçların sağlam olmasını istəyirsinizsə, mütləq qidalanmaya fikir verin. Gün ərzində 2 litr su içməyi unutmayın".
Saçımız tökülürsə, nə edək? - ARAŞDIRMA - FOTO"İki aydan çox davam edirsə..."
Saç boyalarının təsirinə gəlincə, dermatoloq qeyd etdi ki, bu məsələdə ümumiyyətlə, diqqətli olmalıyıq:
"Perekis tərkibli saraldan boyalar saçları çox zədələyir. Saçların diametrində incəlmələr müşahidə olunur. Saçın uzanmasına təsir göstərə bilir. Tünd rəngli saç boyalar isə tərkibində kanserogen maddələr çox olduğu üçün əksər hallarda bir çox ölkələrdə qadağan olunmaq üzrədir. Xərçəng yaratma riskləri yüksəkdir".
Həkim sonda qeyd etdi ki, əgər saç tökülməsi normadan çoxdursa, 2 aydan çox davam edirsə, mütləq həkimlə məsləhətləşmək lazımdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1425   Tarix: 10 sentyabr 2023
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

maskalar hamiləlik yay geyimləri 2026 hakışta ziyafət geyimləri 2026 gozlerin bezedilmesi meshurlar haqqinda kosmetika bayati fitat ziyafet geyimleri klitor hekaye janri