Saçların yağlılığını azaldan MASKALAR

Saçların yağlılığını azaldan MASKALARSaçların həddən artıq yağlılığı çox böyük problemdir.
Bu həm insanın xarici görünüşünü korlayır, həm də saçların çox güclü tökülməsinə səbəb olur. Bu problemi həll etmək çətin olsa da mümkündür.
1. Qidalanmanızı fikir verin. Bu əsas şərtlərdən biridir. Çox yağlı, qızardılmış, hisə verilmiş, şirin qidalardan imtina edin, sağlam qidalanın, kifayət qədər su için.
2. İlk növbədə saçları düzgün yumaq lazımdır. İsti və soyuq sudan istifadə etməyin. İsti və soyuq su piy vəzilərinin fəaliyyətini daha da gücləndirir. Saçlarınızı ilıq su ilə yuyun.
3. Yağlı saçlar üçün olan xüsusi şampunlardan istifadə edin. Belə şampunların tərkibinə çobanyastığı, aloe, gicitkən, kalendula, palıd qabığı, qatırquyruğu kimi bitkiləri daxil edirlər. Bu bitkilər saçların yağlalığını azaldır.
4. Saçları yuduqda baş dərisini dırnaqlarla qaşımayın. Bu piy vəzilərin fəaliyyətini gücləndirir. Baş dərisini barmaqların ucları ilə yüngül massaj edin.
5. Balzam, saç kondisionerləri, lak, müxtəlif gel və köpüklərdən istifadə etməyin. Şotka daraqdan imtina edin, adi daraqdan istifadə edin.
6. Mümkün qədər az hallarda fendən istifadə edin.
7. Saçlarınıza saçların yağlılığını azaldan maskaları edin. Belə maskaları həftədə 2-3 dəfə etmək lazımdır:
- Kosmetik gil (ağ, göy) ilıq su ilə xama konsistensiya alınana kimi qarışdırılır və baş dərisinə massaj hərəkətləri ilə çəkilir. Maskanı 2 saat ərzində saxlayın və sonra saçlarınızı yuyun.
- Xardal tozunu ilıq su ilə qarışdırın, saçların dərisinə çəkin və 5-10 dəqiqədən sonra saçlarınızı yuyun.
- Çovdar çörəyi suda isladıb sıyıq vəziyyətinə çatdırın və saçlara çəkin. 10 dəqiqədən sonra saçlarınızı yuyun.
- 1 yumurta sarısı, 1/2 limonun şirəsi, 1 çay qaşığı bal, 1 diş sarımsaq (əzin və şirəsini istifadə edin) qarışdırın və saçların köklərinə çəkin. Sonra saçlarınızı plyonkaya və üzərindən dəsmala bükün və 1 saatdan sonra saçlarınızı yuyun.
- Yumazdan əvvəl saçların köklərinə qatığın çəkilməsi yaxşı effekt verir, yağlılığı azaldır.
- Yumazdan əvvəl baş dərisinə aloe şirəsini çəkin və 20 dəqiqədən sonra saçlarınızı yuyun.
- Yumazdan əvvəl baş dərisini simonun dilimi ilə sürtün. Bu yağlılığının azalmasına kömək edir.
- Saçları yuduqdan sonra müalicəvi bitkilərin dəmləmələri ilə yaxalayın. Bu çox effektlidir. Çobanyastığı, palıd qadığı, kalendula, nar qabığı, mayaotu toxumu istifadə edin. Bitkidən 3 xörək qaşığı götürüb 1/2 l qaynar suda dəmləyin, soyudun, süzün və təmiz saçları yaxalayın. Bir neçə bitki qarışdırmaq da olar.
- Sirkə ilə yaxalamalar da çox yaxşı kömək edir. Saçları yuyandan sonra 1 l ilıq suya  1 çay qaşığı sirkə əlavə edin və saçları yaxalayın. Naşatır spirtindən də istifadə etmək olar. 1 l ilıq suya 1 çay qaşığı naşatır spirti götürülür.
- Saçlar üçün olan xüsusi vitamin-mineral komplekslər mövcuddur. Belə komplekslərin tərkibinə dəmir, kükürd, C və B qrupu vitaminləri daxildir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1612   Tarix: 29 oktyabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

geyim dəbləri sade makiyaj sekilleri gözəllik məhsulları bayatılar vətən haqqında ziyafət geyimləri kosmetologiya alt geyimləri kosmetika intim munasibetler salam şebnem tovuzlu sekisler qizliq perdesi