2 yaşa qədər uşaqlara qətiyyən belə dərmanları vermək olmaz - Xəbərdarlıq

2 yaşa qədər uşaqlara qətiyyən belə dərmanları vermək olmaz - XəbərdarlıqUşaqlara öskürək siroplarını səbəbsiz yerə vermək təhlükəli ola bilər.
Milli.Az xəbər verir ki, bu barədə rusiyalı pediatr Darya İvanova xəbərdarlıq edib.
Onun sözlərinə görə xüsusilə bəlğəmi duruldan dərmanlar körpələr üçün ciddi risk yaradır. Bu dərmanlar bəlğəmin həcmini artırır və uşaq onu çətinliklə xaric edə bilir. Nəticədə bronxlarda durğunluq yaranır və bu vəziyyət bronxit kimi fəsadlara gətirə bilər.
Həkim bildirib ki kiçik uşaqlarda tənəffüs yolları dar olur və öskürək refleksini təmin edən əzələlər kifayət qədər güclü olmur. Ona görə də beş və ya altı yaşa qədər mukolitik siroplardan istifadə olunması tövsiyə edilmir. Bir çox ölkələrdə bu dərmanlar iki yaşa qədər uşaqlara tam qadağandır.
Pediatr həm də öskürəyi tamamilə kəsən preparatların da təhlükəli olduğunu deyib. Belə dərmanlar yalnız xüsusi hallarda tətbiq edilməlidir. Məsələn boğmaca xəstəliyində. Çünki öskürək refleksinin qarşısını almaq orqanizmdə yığılan seliyi xaric etməyə imkan vermir. Bu selik bronxlarda toplanır və bakterial infeksiya yaradır.
Mütəxəssis bildirib ki valideynin əsas vəzifəsi sirop vermək deyil. Əsas məsələ uşağın bədəninə öz gücü ilə öskürəyi yüngülləşdirməyə şərait yaratmaqdır. Bunun üçün otaqda hava rütubəti normal saxlanmalıdır. İsti və bol maye içmək vacibdir. Həmçinin uşağın burnunun fiziki məhlulla təmizlənməsi də çox faydalıdır.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1086   Tarix: 01 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyi

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

hamilelikde qidalanma yaz geyimleri 2026 gözəllik məhsulları əkizlər bürcü qripdən necə qorunmalı maraqli toy ideyalari bal maskasi uz ucun kosmetika faydalı maskalar sac modelleri qadin.az rus dilini öyrənək saglam qidalanma