Saçlarınızı gurlaşdırmağın ən düzgün yolları...

Saçlarınızı gurlaşdırmağın ən düzgün yolları...Saçlarınız nazik və həcmsiz ola bilər. Amma belə saçlarınıza təbii və düzgün şəkildə qulluq etdiyiniz zaman onlara qalınlıq, həcm qazandıra bilərsiniz. Bunun üçün düzgün qulluq vasitələrini və şampunu seçmək lazımdır. Gəlin birlikdə saçlarımıza həcm qazandırmağın yollarını öyrənək və düzgün şampunu seçək.
Əsasən, saçlarımızın nazikliyi, həcmsizliyi ailəmizdən bizə genetik olaraq keçən səbəblərə bağlı ola bilir. Bəzən isə düzgün qidalanmamağın nəticəsində yaranan vitamin çatışmazlığı, günəşin altında çox qalmaq, fen və saç şəkilləndirici alətlərin istisi, tez-tez saçları boyamaq, zədələyici saça qulluq vasitələri də saçların həcmsiz olmasına gətirib çıxardır. Bu cür faktorlar eyni zamanda saç tellərini nazikləşdirməklə bərabər, saç köklərinin də zəifləməsinə səbəb olur. Belə hallarla mübarizə üçün evdə təbii yağlar və digər vasitələrlə tətbiq edəcəyiniz qulluq üsulları var.

Daha həcmli saçlar üçün evdə maskalar
Saçlarınıza həcm vermək üçün istifadə edəcəyiniz bir çox maskalar var. Yumurta maskası, xına maskası, qatıq maskası və s. Amma saçlarınızı daha gur və həcmli etmək üçün istifadə edəcəyiniz ən asan maska 2 ədəd yumurta ağını köpüklənənə qədər qarışdırıb saçlarınıza kökdən uca qədər çəkin, 30 dəqiqə gözləyib ilıq su ilə yuyun.

Təbii yağlarla qulluq
Badam, zeytun kimi yağlar saçlarınızı qidalandırır, saç tellərinizi və dərinizi günəşin zərərli təsirlərindən, qırılmalardan qoruyur. Bu yağları saçlarınıza tətbiq etmək çox asandır. Barmaq uclarınızla 10-15 dəqiqə baş dərinizi masaj edin. Nəticədə baş dərinizdə qanın fəaliyyəti yaxşılaşacaq və saçlarınızın kökləri güclənəcək. Yağın qalan hissəsini isə bütün saçlarınıza çəkib 30 dəqiqə gözləyin. Sonra isə yuyun. Yağla olan maskanı həftədə 1-2 dəfə təkrarlaya bilərsiniz.

Saça həcm verən vitaminlər
Saça qulluqda ən vacib nüanslardan biri onları düzgün vitamin və minerallarla təmin etməkdir. Xaricdən nə qədər də qulluq etsəniz düzgün qidalanmasanız bunun heç bir faydası olmayacaq. Bütün vitamin və mineralların müəyyən miqdarda saça faydası var. A və E vitamini isə saçlara daha çox faydalıdır. A vitamini saçın uzanmasını təmin edərkən, E vitamini də saç tellərinin qalınlaşmasına kömək edir, saçlara həcm qazandırır. Bu vitaminləri həb və ya qida olaraq qəbul edə bilərsiniz.

Gözəllik və Moda     Baxılıb: 2905   Tarix: 06 iyul 2016
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qadın gözəlliyinin sirləri

Dünyanın müxtəlif ölkələrində qadınların istifadə etdiyi gözəllik formullarını öyrənmək istərdinizmi? Bu yazıda ayrı-ayrı ölkələrin qadınlarının gözəllik sirlərini təqdim edirik. Avstraliya. Avstraliyalı qadınlarını gözəlliklərini

.

Avqustun əsas makiyaj trendi! – FOTOLAR

Dərinizin yağlı parıltısından xəcalət çəkdiyiniz üçün kirşan və kağız salfetlərlə tez-tez üzünüzü silirsiniz? Çox nahaq! Dünya ulduzları ən bahalı kosmetik məhsullardan istifadə edirlər ki, üzdə belə bir parıltı əldə etsinlər

.

Koreyalı qadınların 4 cavanlıq sirri

Koreyalı qadınlara baxanda onların əsl yaşını təxmin etmək çətindir. Bu insanlar həmişə yaşlarından daha cavan görünürlər. Bir çoxu bunun genetika ilə əlaqəli olduğunu düşünür, amma belə deyil. Əsl səbəb odur ki, Asiya qadınlar

.

Kişiləri DƏLİ EDƏN 6 aktrisa

Qadın gözəlliyini qiymətləndirmək mürəkkəb bir prosesdir, çünki hər kəsin fərqli zövqləri var: kimisi qaraşınları, kimisi sarışınları, kimisi arıq qızları, kimisi isə möhtəşəm formada oanları sevir. Ümumiyyətlə, biz hamımı

.

Fransız makiyajını necə etmək olar?

Təbiiliyi ön planda tutan və dərinizi olduğu kimi göstərən fransız makiyaj tərzi öz gözəlliyinizi vurğulamaq üçün ən doğru seçimdir. Son zamanlar məşhurlaşan fransız üslublu makiyaj, özünüzü daha gözəl və özünə inamlı his

.

2022-ci ilin ən dəbli göz makiyajı – FOTOLAR

Moda keçicidir: dünənki tendensiyalar tez bir zamanda dəbdən çıxır və anti-trendlər adını qazanır. Lakin bu, həmişə baş vermir. Yaz-yay dəb şouları çəhrayı rəngin müxtəlif çalarları ilə zəngin idi və qarşıdan gələn payız-ya

.

40 yaşdan yuxarı qadınlar üçün saç modelləri

Hazırda moda sahəsində 40 yaşdan yuxarı qadınlar üçün lakonik saç düzümü dəbdədir.  Belə saç modelləri xanımların təbii gözəlliyini vurğulamağa imkan verir. Bu saç düzümləri həmçinin çox diqqət də tələb etmir. Belə ki, səhə

.

Dəb ikonalarının gözəllik reseptləri

İllərə meydan oxuyan dəb ikonalarının hər birisinin özünəməxsus gözəllik reseptləri var. Onlardan bəzilərini  sizə təqdim edirik. Ceniffer Lopez. Hollivudun dəb ikonası Ceniffer Lopez heç dəyişilməyən və daim təravətli ola

.

Qəpik-quruşa başa gələn məlhəm: Və ya qüsursuz ərəb şahzadələrinin 8 gözəllik sirri

Şərq gözəlləri cazibədarlıqlarını qorumaq üçün təbii yanaşmaya sadiq qalır və bu baxım sirlərini nəsildən-nəsilə ötürürlər. Qərb kosmetologiyasında çıxan yeni məhsullar, yerini çox zaman ənənəvi üsullara verir. " sayt

turlar.az

sonxeber.az sade makiyaj sekilleri yay geyimləri 2024 geyim və ayaqqabılar şirniyyat ud hindi faydalari ana və uşaq yalan danismaq haqqinda atalar sözləri kosmetika usaq geyimleri hakiwda tərəzi vətən həsrətinə aid bayatılar anabaci