Saçlarınızın vaxtından əvvəl ağarmasının səbəbi bunlardır...

Saçlarınızın vaxtından əvvəl ağarmasının səbəbi bunlardır...35-40 yaşından sonra insanların əksəriyyətində saçlar ağarmağa başlayır. Bu prosess getdikcə sürətlənir. Saçların ağarması orqanizmin ümumi qocalması ilə bağlı olan təbii prosesdir.
Xanim.az xəbər verir ki, hər bir saç soğanağında xüsusi hüceyrələr var ki, bu hüceyrələr melanin piqmentini ifraz edir. İnsan yaşa dolduqca piqmentin ifrazı tədricən azalır və daha sonra tam dayanır. Nəticədə saçlar ağarır. Bu normal fizioloji prosesdir.
Lakin bəzən insanın saçları çox tez, hətta 20-30 yaşlarında sürətlə ağarmağa başlayır. Bu saçların vaxtından əvvəl ağarması sayılır. Belə ağarmanın səbəbləri müxtəlifdir. Əsas səbəblərindən biri irsiyyətdir. Əgər sizin valideynlər və yaxın qohumlarınızda saçların vaxtından əvvəl ağarması müşahidə olunurdusa, çox güman ki, sizin saçlarınız da tez ağaracaq.
Lakin bəzən saçların vaxtından əvvəl ağarmasının səbəbi orqanizmdə gedən hər hansı pozulma ola bilər. Bu pozulmalar arasında:
- vitamin və mineralların kəskin çatışmamazlığı (pis qidalanma, pəhrizlər, mədə-bağırsaq sistemi ağır xəstəlikləri və s. nəticəsində)
- qalxanvari vəzi fəaliyyətinin pozulmaları
- qara ciyər və böyrək xəstəlikləri
- ürək-damar sistemi xəstəlikləri
- maddələr mübadiləsi proseslərinin pozulmaları
- çox güclü stress
- xroniki yorğunluq, orqanizmin fiziki və emosional tükənməsi.
Beləliklə, saçların vaxtından əvvəl ağarması hər hansı xəstəliyin və ya pozulmanın simptomu ola bilər. Bu səbəbdən saçlarınızın vaxtından əvvəl və çox sürətlə ağarmasını müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin və müayinələrdən keçin.(Saglamolun.Az)

Xəbərlər     Baxılıb: 2037   Tarix: 06 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Arıqlama iynələri möcüzədirmi?

Arıqlama iynələri son dövrün ən çox danışılan sağlamlıq trendlərindən biridir. Bəs bu dərmanlar həqiqətən möcüzədirmi və qalıcı çəki itkisi üçün təkbaşına kifayətdirmi? Yoxsa düzgün planlaşdırma və nəzarət olmadan istifad

.

Bunu için, xərçəngdən QORUNUN

Şalğam uzunömürlülüyə kömək edir. xəbər verir ki, diyetoloq və endokrinoloq Marina Lazurenko şalğamın sağlamlıq üçün inanılmaz dərəcədə faydalı, ucuz bir qida olduğunu izah edib. O qeyd edib ki, xüsusilə, kök bitkisi dama

.

ÜST-dən hantavirusla bağlı XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus "MV Hondius" kruiz gəmisində yayılan hantavirusla bağlı ölkələrə xəbərdarlıq edib. xəbər verir ki,o, Madriddə keçirilən mətbuat konfransınd

.

Brazilya qozunun faydaları nələrdir ?

Brazilya qozu Amazon yağış meşələrinə məxsus olan böyük bir Cənubi Amerika ağacının (Bertholletia excelsa) yeməli toxumlarıdır. Bu qoz kokos qabığına bənzəyən bərk, odunlaşmış bir qabıq içərisində olur. Qabıq açıldıqda içində

.

Bu vərdişlər infarkt riskini ARTIRIR

Rusiyalı kardioloq Filip Kuzmenko bildirib ki, mütəmadi tibbi yoxlamalar infarkt riskini azaltmağa kömək edə bilər. Həkimin sözlərinə görə, xüsusilə xolesterin göstəriciləri, qan şəkəri və arterial təzyiq daim nəzarətdə saxlanılmalıdır

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Sağlam deyib mətbəxin baş küncünə qoymuşduq - O cihaz qadağan edilir

"Sağlam qidalanırıq" deyərək hamımızın mətbəxinin ən görünən yerinə qoyduğumuz həmin cihaz indi "qeyri-sağlam" olaraq damğalanır. Avropa Birliyi milyonlarla evdə hər gün istifadə edilən və təriflə bitir

.

Daha bir ölkədə hantavirus aşkarlandı

Fransada hantavirusla bağlı narahatlıq artır. xəbər verir ki, səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

makiyaj instagram adlarin menasi yay geyimləri 2026 ideal toy həkim məsləhəti öd daşı dolma reseptleri kosmetika bayatilar novruza aid hakistalar sirniyatlar salam vicdan