ŞAD XƏBƏR: Azərbaycanda bu şəxslərin də maaşı artırıldı

ŞAD XƏBƏR: Azərbaycanda bu şəxslərin də maaşı artırıldı"Bu il müsabiqə yolu ilə müəllimlik adını qazanan namizədlərin maaşları artımla veriləcək".

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov Lent.az-a açıqlamasında deyib.

E. Bağırov deyib ki, bu təklif Təhsil Nazirliyi tərəfindən verilib: "Məlumdur ki, Təhsil Nazirliyi tərəfindən 2014-cü ildən başlayaraq respublika müəllimlərinin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesi keçirilir. Dövlət başçısının 2015-ci il 16 yanvar tarixli müvafiq sərəncamı ilə də dövlət ümumtəhsil müəssisələrində çalışan və diaqnostikadan keçən müəllimlərin əməkhaqqısı artırılıb. Bundan sonra qiymətləndirilmədən keçməyən rayonlarda işləyən müəllimlər də qiymətləndirməyə cəlb edilib və cari ildə ölkədə çalışan bütün müəllimlər qiymətləndirilmədən keçib. Hər il tədris ilinin sonunda Nazirlik tərəfindən müəllimlərin mərkəzləşdirilmiş şəkildə müsabiqə yolu ilə işə qəbulu təşkil edilir. Müsabiqədən keçərək müəllimlik adını qazanmış həmin namizədlərin də əməkhaqqısının yeni standartlarla ödənilməsi məqsədi ilə Təhsil Nazirliyi təklif irəli sürmüşdü, təklif də nəzərə alınaraq yeni sərəncam layihəsi hazırlanıb və Prezident İlham Əliyev tərəfindən dünən imzalanıb. Sərəncama əsasən, bu il müsabiqə yolu ilə qəbul edilmiş 5000-ə yaxın müəllimin 2018-ci ilin yanvar ayından əməkhaqları yeni qaydalara əsasən artımla ödəniləcək. Onların əməkhaqlarında orta hesabla 30-40 faiz artım müşahidə olunacaq".

E.Bağırov bildirib ki, diaqnostik qiymətləndirmə və müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi eyni olduğundan bu təklifi irəli sürüblər: "Diaqnostik qiymətləndirmədə test imtahanlarının və müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin məzmunu demək olar ki, eynidir. Ciddi fərqlənmir. Sərəncamdan irəli gələn məsələ odur ki, bu il işə qəbul edilən müəllimlərlə diaqnostikadan keçmiş müəllimlər bərabər tutulsun və həmin müəllimlərin əməkhaqqısı artımla ödənilsin".

Qurum rəsmisi qeyd edib ki, diaqnostik qiymətləndirmə ləğv edilmir: "Bu, diaqnostik qiymətləndirmənin ləğvi kimi anlaşılmır. Qiymətləndirmədən keçməyən müəllimlər var. Əvvəlki illərdə keçirilən qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak etməyənlər üçün də yeni tədris ili ərzində diaqnostika keçiriləcək. Həmin müəllimlərin də sayı respublika üzrə ümumi müəllim sayının 2-3 faizini təşkil edir".

Xəbərlər     Baxılıb: 2860   Tarix: 24 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

kosmetika mehsullari hamiləlik kosmetoloq hamiləlikdə mirzə ələkbər sabir satiraları qadın və kişi intim pozalar kosmetika hakışta namiq qaraçuxurlu xerceng qu quşu insan