ŞAD XƏBƏR! Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşdı - FOTOFAKT
Bu gün Azərbaycanda yumurtanın satışında kəskin ucuzlaşma qeydə alınıb.
Sonxeber.az-ın məlumatına görə, bir müddət öncə marketlərdə yumurtanın 1 ədədi 17 qəpiyə satılırdısa, indi qiymət orta hesabla 8 qəpiyə düşüb. Kənd yumurtasının satış qiyməti 10 qəpiyə düşüb. Müşahidə olunan ucuzlaşma sakinlər tərəfindən də təəccüblə qarşılanıb.
Maraqlıdır, iqtisadi böhran olduğu bir vəziyyətdə yumurtanın qiymətinin birbaşa 8 qəpiyə qədər ucuzlaşmasına səbəb nədir?
Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev Sonxeber.az-a açıqlamasında yumurtanın ucuzlaşmasını istehsalın artımı ilə əlaqələndirib.
Onun sözlərinə görə, ucuzlaşmanın əsas səbəbi bu gün ölkədə yumurta istehsalının çoxluğu və əhalinin yumurtaya olan tələbatının yerli istehsal hesabına tam təmin olunması ilə əlaqədardır.
"Bayramdan sonra yumurtanın qiymətində ucuzlaşma müşahidə edilib. İstehsal həddən artıq çoxdur. Yumurtanın maya dəyəri 14 qəpik olduğundan 6-8 qəpiyə satılır. Müəyyən müddət sonra isə qiymətlərdə tənzimlənmə müşahidə olunacaq".
Aydın Vəliyev yumurtanın istehsal qiymətləri ilə bazarlardakı qiymətlərin fərqinə də toxunub. O qeyd edib ki, marketlərdə, bazarlarda yumurtanın istehsal qiymətindən baha satılmasına əngəl ola bilmirlər:
"Dəfələrlə yumurtanın istehsal qiymətindən baha satılmaması üçün market rəhbərlərinə xəbərdarlıq etmişik, buna baxmayaraq onlar yenə də istədikləri qiymətlə satış edirlər".
f Paylaş








Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri
Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr
İmperator'un dövlətə bağışladığı mülklər - SİYAHI
Corcina uşaqların 220 min avroluq müalicə pulunu ödədi - Aksiyanı dayandırdı
Ürəyim bütün zəvvarlar kimi orada qaldı' - Aparıcı Məkkə ziyarətindən yazdı
Avroviziya' iştirakçısı oğlundan imtina etdi
Yumurta alarkən mütləq koduna baxın - FOTO
Eşref Rüya' final edir - Tarix bilindi
Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi