ŞAD XƏBƏR! Bu vəzifə sahiblərinin maaşı artırıldı

ŞAD XƏBƏR! Bu vəzifə sahiblərinin maaşı artırıldı2017-ci ilin yanvar ayından etibarən Azərbaycan Texnologiya Universitetinin (ATU) professor-müəllim heyəti üzvləri və inzibati işçilərinin maaşları artırlıb. Bununla bağlı qərar universitet Elmi Şurasının 25.01.2017-ci il tarixində keçirilən 5 saylı iclasında qəbul olunub.
Kollektivi yeni qərar haqqında məlumatlandıran ATU-nun rektoru, professor Akif Süleymanov bildirib ki, maaşların nə qədər və hansı prinsiplər əsasında artırlıması barədə təkliflər bu məqsədlə yaradılmış xüsusi komissiya tərəfindən hazırlanıb. Komissiya təklifləri hazırlayarkən Prezident İlham Əliyevin 21.01.2017-ci ildə imzaladığı minimum aylıq əməkhaqqının artırılmasına dair sərəncamı, "Təhsil haqqında" qanunun 38.6-cı maddəsini, eləcə də sosial ədalət və humanizm prinsipləri əsas götürülüb.
Qəbul olunan yeni qərara əsasən maaşların hesablanması artıq differensial üsulla aparılacaq. Bu zaman əməkdaşın daşıdığı vəzifənin əhəmiyyəti, elmi dərəcə və adların mövcudluğu, nəzərə çarpacaq xidmətlərlə fərqlənmə və universitetdə Təhsil Nazirliyinin pilot layihəsi kimi tətbiq olunan Müştəriyə Yönəlmə Proqramında (MYP) iştirak prinsipləri əsas götürüləcək. Fakültə və kafedraların inzibati işçilərinin maaşı isə həmin struktur vahidlərinin illik büdcəsinə əsasən faiz nisbətilə təyin ediləcək.
Dəyişikliklərə əsasən tətbiq olunacaq maaş artımı vəzifə və göstəricilərdən asılı olaraq 22 - 40 faiz arasında dəyişir. Ən yüksək – 40 faizlik artımın assistentlərə şamil olunmasının səbəbi gənc mütəxəssislərin universitetdə elmi-pedaqoji fəaliyyət göstərməyə həvəsləndirilməsidir. Eyni zamanda elmi dərəcəsi olmayan əməkdaşların maaşlarına 22 faiz, təsərrüfat işçilərinin əməkhaqqına isə 10-30 faiz arası artım olunacaq. Bundan başqa fəlsəfə doktoru və elmlər doktoru dərəcələri üçün verilən 60 və 100 manatlıq ödənişlər ATU-nun büdcəsi hesabına ikiqat artırılacaq.
İclasda həmçinin mövcud ştatların optimallaşdırılması mövzusu da müzakirə olunub və təkrarlanan, qeyri-məhsuldar ştatların yeni vəzifələrdə birləşdirilməsi qərara alınıb. Bu qərarın əsas məqsədi əməkdaşların həyat şəraitinin yaxşılaşdırılması, məhsuldar işçi qüvvələrindən səmərəli istifadə, ədalətli qiymətləndirmə, tədrisin keyfiyyətinin yüksəldilməsi və MYP fəaliyyətində aktivliyin artırlmasıdır.publika.az

Xəbərlər     Baxılıb: 4538   Tarix: 30 yanvar 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

geyim seçimi aksessuarlar toy makiyaji sekilleri ürək damar və qan sistemi qan qruplari qadin saytlari cinsi infeksiyalar kosmetika lakonizim 8 mart novruz bayramina aid hakisdalar ariqla kondom nedir