Salatın Əsgərovanın qisasını alan Milli Qəhrəmanın Lələ təpə İGİDLİYİ

Salatın Əsgərovanın qisasını alan Milli Qəhrəmanın Lələ təpə İGİDLİYİBu gün Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin və Lacin.info saytının birgə təşəbbüsü ilə II Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin anım tədbiri keçirilib.

Tədbirdə şəhidin doğmaları, döyüş yoldaşları, ziyalılar, məktəblilər, və ictimaiyyət nümayəndələri iştirak edib.

"Laçın yurdu" jurnalının baş redaktoru Arif Məmmədli Qarabağ müharibəsində xüsusi qəhrəmanlığı ilə seçilən İsrafil Şahverdiyevin həyat yolu haqqında məlumat verib: "Laçından başlayaraq Qarabağın müxtəlif ərazilərində döyüş yolu keçən İsrafil Şahverdiyev Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın həyatına qəsd edilən vaxt hadisə yerinə gələrək özünə söz verir: "And olsun namusuna, el qızı, sənin qanın yerdə qalmayacaq".

Çox çəkmir ki, cəsur kəşfiyyatçı, peşəkar əməliyyatçı qardaşı Rəsulla birlikdə əməliyyat zamanı on iki erməni casusunu məhv edir. Salatının qatili də məhz bu dəstənin tərkibində öldürülür.

Günlərlə, aylarla ev-eşik üzü görməyən, məşəqqətli günlər keçirən, döyüşlərdə mətinləşən İsrafil xalq arasında böyük hörmət qazanmışdı. Kirs dağının erməni təcavüzkarlarından təmizlənməsində şəxsi igidliyinə görə xüsusi təşəkkürə layiq görülür. İsrafil 1990-cı ildə Laçın rayon kooperativlər ittifaqının təsis etdiyi "Sultan bəy" mükafatını alır.

Cəsur kəşfiyyatçı 1994-cü il yanvar ayının 13-də, Lələ təpə yüksəkliyində döyüş yoldaşlarının həyatını xilas edərkən qəhrəmancasına şəhid olub. Onun qəhrəmanlığını yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğlunu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüb".

Daha sonra çıxış edən şəhidin döyüş yoldaşı, Laçın polis taborunun komandiri, polis mayoru Çingiz Abbasov İsrafil Şahverdiyevlə bağlı xatirələrini bölüşüb.

Tanınmış hüquqşünas, Qarabağ müharibəsi veteranı Ərşad Hüseynov İsrafilin hələ sağlığında əsl qəhrəman adı aldığını, cəsur kəşfiyyatçı kimi çoxsaylı uğurlu əməliyyatlar həyata keçirdiyini vurğulayıb.

Ehtiyatda olan zabit, Qarabağ müharibəsi veteranı Muxtar Həşimov Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda edərək şəhidlik zirvəsinə ucalan İsrafil Şahverdiyevin timsalında şəhidlərimizin, milli qəhrəmanlarımızın cəsurluğu və rəşadətini Vətənini sevən hər kəs üçün örnək olduğunu qeyd edib.

Milli qəhrəmanın döyüş yoldaşları çıxış edərək onunla bağlı xatirələri diqqətə çatdırıblar.

Şəhidin həyat yoldaşı Hökumə Şahverdiyeva göstəridikləri diqqət və qayğıya görə tədbir iştirakçılarına təşəkkür edib.

Tədbirdə şairə Xuraman Camalqızı və Laçın Rayon 28 №-li tam orta məktəbin şagirdləri Vətənə və Milli qəhrəmana həsr olunmuş şeirlər səsləndiriblər.

mənbə: publika.az

Xəbərlər     Baxılıb: 1681   Tarix: 21 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

donlar 2026 adlarin menasi makiyaj etmek qaydalari doğuş arıqlamaq baş gicəllənməsi milli yeməklər kosmetika namiq qaraçuxurlu buga burcu xocali novruz hakısdası nizami gencevi