Saleh Bağırovdan Mətanət İsgəndərlinin keçmiş gəlininə sərt sözlər
Aparıcı Saleh Bağırov Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Cananaya yazdığı sərt sözlərlə gündəmə gəlib.
azxeber.com xəbər verir ki, onun şərhinə səbəb Canananın M.İgəndərli ilə bağlı paylaşımı olub. Belə ki, Canana məclislərdən birində M.İsgəndərli ilə üz-üzə gəlib, onun videosunu "Qayınanamla" şərhi ilə paylaşıb.
Həmin görüntüyə Saleh Bağırov "Bir qadının şərəfsiz, şəxsiyyətsiz olması böyük dərddir! Bir qadının itirəcəyi heç nəyinin olmaması bir bəladır. Bunun kimi mənliyini ayaqlar altına atan kəs ancaq belə davranış göstərə bilər. Belə alçaq xisləti olanlardan uzaq gəzmək və şiddətlə qınamaq lazımdır ki, bu küçə adamı öz küçə davranışları ilə görünməsin heç yerdə və yerini bilsin. Olduqca təhlükəli və əxlaqdan bixəbər nümunədir qızlara. Tam haqlısınız hər kəlmənizlə" sözlərini yazıb.
Canana isə bununla bağlı polisə şikayət etdiyini bildirib.
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərimlə ailəli olan Canana qalmaqallı şəkildə boşanıb. Onların bu nikahdan 3 övladı var. Kərim hazırda ikinci dəfə ailə qurub.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Ceki Çan və Devid Bekhem Çində bir arada
"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Evini 3,2 milyona satır - Fotolar