Salyanda DƏHŞƏT! 58 yaşlı kişinin qolu qopdu
Salyan rayonunun Xələc kəndində yerləşən un dəyirmanını işə salmaq üçün təmir edən usta, 1958-ci ildə anadan olmuş, Salyan şəhəri, 20 Yanvar küçəsi ev 200-də yaşayan Əmrahov Siyasət Nəcəfqulu oğlunun bir qolu ehtiyatsızlıqdan üzülüb.
Qadinsayti.az xəbər verir ki, virtualaz.org saytının məlumatına görə, gecə saat 3-4 radələrində dəyirmanı işlək hala gətirmək üçün yağlayan ustanın sol qolu qəfildən işlək mexanizmin oxuna ilişib. Hadisə nəticəsində Siyasət Əmrahovun sol qolunun bir hissəsi sümükdən qoparaq dəzgahda qalıb.
Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan ustaya sol-yuxarı ətrafın saidinin üçdə bir hissəsinin travmatik amputasiyası diaqnozu qoyularaq əməliyyat olunub. Hazırda xəstə reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin bildirdiyinə görə, xəstənin vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırmalara başlanılıb.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin