Samir Piriyevi hədələdilər: "Buna görə cavab verəcəksən"
Tanınmış aparıcı və şoumen Kamran Həsənli müğənni Samir Piriyevi məhkəməyə verəcək.
Bu barədə Yenicag.az-a K. Həsənlinin vəkili Türkel Süleymanlı bildirib. O, yaxın günlərdə Samir Piriyevlə bağlı məhkəməyə müraciət ediləcəyini deyib:
"Məhkəmədə sübut olundu ki, həqiqətən də Kamran günahkar deyil. O, evini, mal-mülkünü sataraq, özünə biznes qurub. Lakin iflasa uğrayaraq, 300 min avro ziyana düşüb. Samir deyir mən də ziyandayam. Onun 80 mini hara, 300 min avro hara? Samirin söhbəti lap Məşədi İbadın sözünə dönüb: "sənin 5 min manatın cəhənnəmə, bəs mənim bir abbasım hara getdi?" Hələ bunun qarşılığında S. Piriyev Kamranı "dələduz", "oğru" adlandırdı. Hər bir vətəndaş kiminsə barəsində hüquq mühafizə orqanlarına şikayət edə bilər, lakin onun haqqı çatmır ki, kimisə öz ehtimalı ilə "oğru", "dələduz" adlandırsın. Üstəlik, bunu mətbuat vasitəsi ilə də bəyan etdi. Buna görə də Samir cinayət məcəlləsinin 178-ci maddəsinə əsasən, hüquq mühafizə orqanları qarşısında cavab verəcək. Yaxın günlərdə Kamran Həsənli bununla bağlı məhkəməyə müraciət edəcək və məhkəmənin qərarına əsasən, Samir Piriyev qanunla cəzasını alacaq".
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Binnur Kaya ekranlara geri dönür
Barış qızıl medal qazandı
Britni Spirs reabilitasiya mərkəzinə yerləşdirildi
Qamze illər sonra yeni layihədə yer alacaq
Koronavirusun gizli fəsadı ortaya ÇIXDI
Qaraciyər üçün hansı içkilər yaxşıdır? - Cavab düşündüyünüzdən sadədir
Məşhur müğənniyə ağır itki
Aşıqlar' qrupunun yaradıcısı vəfat etdi - FOTO
Hər gün bir stəkan için - Faydaları saymaqla bitmir
Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO
Uzun müddət davam edən öskürəklə bağlı xəbərdarlıq