Saqqız çeynəyənlərə bəd xəbər - 250 min mikroplastik orqanizmə yayılır
Saqqız çeynəməyin daha bir zərəri açıqlanıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, sadəcə bir saat boyunca saqqız çeynəmək tüpürcəkdə 250 min mikroplastikin toplanmasına səbəb olur. Yəni, saqqız yox, 250 min mikroplastik çeynəmiş oluruq.
Bu barədə araşdırma Şimali İrandiyanın Queens universitetində aparılıb və nəticələr "Journal of Hazardous Materials" da dərc edilib. Araşdırmalar nəticəsində məlum olub ki, saqqız çeynəyən zaman orqanizmə zərərli maddələr yığılır.
Mikroplastiklər daha böyük plastik məhsulların parçalanması nəticəsində yaranan kiçik plastik hissəciklərdir. Onlar sintetik parçalar kimi mənbələrdən yayılır. Araşdırma zamanı mikroplastiklərin zamanla daha da kiçik hissəciklərə bölünərək nanoplastiklərə çevrildiyi və onların tüpürcəkdə aşkar edildiyi müəyyən olunub.
Queens Universitetinin Qlobal Qida Təhlükəsizliyi İnstitutundan Dr. Cuong Cao mikro və nano plastik zəhərlənmənin qlobal problem olduğunu bildirib. Onun dediyinə görə saqqız çeynəmək orqanizm üçün zərərli olan plastik miqdarına ciddi şəkildə təsir edir.
İslam
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi