Saysız-hesabsız sevgi təklifləri alan Damla: "Mənə elə bir kişi lazımdır ki..."

Saysız-hesabsız sevgi təklifləri alan Damla: "Mənə elə bir kişi lazımdır ki..."Xanim.az müğənni Damlanın Yenicag.az-a müsahibəsini təqdim edir.

- Qısa vaxtda şou-biznes aləminin gündəmini bir-birinə vurdun. Yəqin ki, bu, ətrafında paxılların da sayını artırdı?

- Əslində, ətrafımda paxıllar varmı, yoxmu, heç bu barədə düşünmürəm də. Yəqin ki, var. Sadəcə olaraq, başımı aşağı salıb, işimlə məşğulam. Çevrə mənim üçün maraqlı deyil.

- Bir ara sevgilinin sənə avtomobil bağışladığını, sonradan əlindən aldığı barədə xəbərlər yayıldı. Amma sən cavab vermədin, susdun.

- Belə şeylər məni qətiyyən nə maraqlandırır, nə də ruhdan salır. Çünki yalan söhbətlərdir. Kimlərinsə sifarişi ilə yayılan xəbərlərdir.

- Məqsəd nə idi ki?

- Mən sevgiyə də, dostluğa da ayrıca dəyər verən xanımam. Danışan insanlar sənətimdə qüsur tapa bilmədikləri üçün keçdilər özəl məsələlərə. İnanın ki, heç onların nə danışdıqları mənə maraqlı da deyil. Danışdıqları özlərinə qalsın və nə qədər istəyirlər danışsınlar.

- Cazibədar qadın kimi yəqin sənə sevgi etirafları da çoxdur?

- Əlbəttə olur.

- Reaksiyan necə olur bəs, onların sevgilərinə cavab verirsənmi?

- Ümid vermirəm.

- Hər bir qadının xəyal etdiyi bir kişi olur. Xəyallarının kişisinə rast gəlmisən, yoxsa?

- Damlanı Damla kimi sevən kişi hələ qarşıma çıxmayıb. Damla ulduzdur, məşhur müğənnidir deyə, onun yanında olmağa can atanlar var. Elə bu saxtakarlığı hiss etdiyim üçün yalnızlığımla baş-başayam. Buna görə də səhnədəki Damlanı yox, həyatdakı Damlanı sevən biri yanımda ola bilər.

- Kişilərdə ən çox hansı xüsusiyyəti dəyərləndirirsən?

- Dürüst olsun və yalansız sevsin.

- Həm də pulu olsun, eləmi?

- Deyə bilmərəm ki, pul həyatda hər şeydir. Xeyr, elə bir möhtəşəm sevgi yaşada bilər ki, mən onu milyonlar töksəm də əldə edə bilmərəm. Mənə elə bir kişi lazımdır ki, qadınlığımı xatırlatsın, duyğularıma təsir edə bilsin, məni özüm olduğum üçün sevsin.

- Heç sevgisinə cavab vermədiyin insanların təzyiqinə tuş gəlmisən?

- Çox dəliqanlı sevgilər görmüşəm. Hər xanımda olur, kimsə dalınca düşür, qəlbini ələ almaq üçün mübarizə aparır. Mən heç bir oğlana ümid vermirəm ki, sonradan mənimlə qanlı-bıçaq olsun. Anındaca, kəsdirib atıram, heç ümidə ehtiyac da qalmır.

- Heç dəli bir sevgi yaşamısanmı?

- Sən demə, bu, heç dəli sevgi olmayıb. Keçən ilkinə baxanda, deyirəm ki, bəli, dəli-dolu sevgini yaşadım. Amma indi baxıb görürəm ki, yanılmışam.

- Sevdiyin insan səni sənətindən uzaqlaşdırsa, razılaşarsan?

- Heç bir zaman sənətimi atmaram. Məni müğənni kimi görüb, sevən adam məni sonradan bu sənətdən uzaqlaşdıracaqsa, demək ki, beynində problemləri olan insandır.

- Göz yaşları ovcunun içində olan qadınlardansan?

- Bəli.

- Bəs depressiyadan necə çıxırsan?

- Dostlarım sağ olsunlar. Məni hər zaman yaşadığım streslərdən çıxarıblar, yanımda olublar.

Xəbərlər     Baxılıb: 2028   Tarix: 09 mart 2018
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

qis geyimləri 2026 gozel gorunmek maskalar vətən bayatıları qızlıq pərdəsi necə açılır xallarin menasi seksual pozalar kosmetika vətənə aid bayatı sperma vətən həsrəti şəhid qiz evi