Şəbnəm Tovuzlu ÜZÜCÜ SÖZLƏR - "Cüzi bir qısqanclıqdan ailəmiz dağıldı " FOTO/VİDEO

Şəbnəm Tovuzlu ÜZÜCÜ SÖZLƏR - "Cüzi bir qısqanclıqdan ailəmiz dağıldı " FOTO/VİDEOARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Şəbnəm Tovuzlu (Əsədova) maraqlı açıqlamalar verib.

Milli.Az bildirir ki, o, ilk olaraq 18 yaşında evlənməsindən danışıb:

"Həyatım hind filmi kimi olub. 15 yaşımda bildim ki, anam xalamdır, atam əmimdir. Atam üçün heyfislənmədim. Əslində ona çox hirsli oldum. Anam üçün çox ağladım. Atam da ağladı və dedi ki, ömrümü sənə bağlamışam. Ailə qurmamışam, artıq 15 ildir. Atama dedim ki, çox istəyirəm məni məzarlığa aparasan. Əlimdən tutub məzarlığa apardı, orada da ağladım. Amma yenə özümü saxladım ki, onlara bildirməyim. 18 yaşımda Bakıda ailə qurdum. Sevərək ailə qurdum, hətta qoşulub qaçdım. Elə oldu ki, 20 günün içində evləndim. Anlaşılmazlıq üzündən boşandıq. İkimiz də uşaqlıq etdik. Bugünkü həyatıma baxanda deyirəm ki, yaxşı ki boşanmışam. Keçmiş yoldaşım çox maraqlı insan idi. Mənə dedi ki, sənə heç maraqlı deyil atan kimdir? Bir gün dedi ki, dur geyin gedək. Atamla məni görüşdürdü. Bizi görüşdürəndə atam mənə dedi ki, anana çox bənzəyirsən. Atama heç vaxt qanım qaynamadı. O hissi yaşamadım, ata deyə bilmirəm ona. Mən məni böyüdənləri valideynlərim kimi qəbul edirəm. Amma faktiki atam dedi ki, səni görməyə imkan vermirdilər. İnanmadım".

Müğənni daha sonra həyat yoldaşı ilə ayrılmasının səbəblərini də açıqlayıb:

"Tələbə vaxtı işləmək məcburiyyətində oldum. Toylara gedən zaman bundan qısqanclıqlar yaranmağa başladı. Qısqanan insan heç vaxt icazə verməz. Cüzi bir qısqanclıqdan ailəmiz dağıldı. Bu sənətdə ayağa qalxana kimi mənə dəstək olan Tacir Şahmalıoğludur. Ona sonsuz təşəkkür edirəm. Oxumağa başlayanda qohumlarım istəmirdi. Ayrılmışamsa, uşağımı götürüb atamın üstünə getməzdim. Çox iddialıyam, nəyəsə məqsəd qoymuşamsa, edirəm. Əziyyət çəkdim və bəhrəsini gördüm".

Xəbərlər     Baxılıb: 1986   Tarix: 24 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

adlarin menasi maskalar kosmetika mehsullari klyos donlar 2026 maraqlı faktlar bilinçik resepti plov reseptləri kosmetika nağıllar baliq veten tanisliq əfsanələr