Səhər vərdişləri böyrəklərinizi məhv edə bilər – 5 təhlükəli səhv

Səhər vərdişləri böyrəklərinizi məhv edə bilər – 5 təhlükəli səhvBöyrək sağlamlığını qorumaq üçün bəzən səhərlər etdiyimiz kiçik vərdişlər belə ciddi fəsadlara yol aça bilər. Mütəxəssislər xəbərdar edir: su içmədən günə başlamaq, sidiyi saxlamaq, acqarına ağrıkəsici qəbul etmək, idmandan sonra mayeni bərpa etməmək və səhər yeməyini buraxmaq böyrəklərin yükünü artırır və zamanla onların funksiyasının zəifləməsinə səbəb ola bilər.
Milli.Az böyrəkləri zəiflədən 5 səhər vərdişi təqdim edir:
1. Səhər su içməmək
Gecə boyunca orqanizm susuzlaşdığı üçün oyandıqdan sonra ilk növbədə su qəbul etmək çox vacibdir. Qəhvə və çay bədəni daha da susuzlaşdırır və böyrəklərin işini çətinləşdirir. Səhəri bir stəkan su ilə başlamaq toksinlərin xaricini sürətləndirir və filtrasiya prosesini aktivləşdirir.
2. Sidiyi uzun müddət saxlamaq
Sidiyin gecikdirilməsi sidik kisəsinə və böyrəklərə təzyiq yaradaraq infeksiya və hipertoniya riskini artıra bilər. Oyanan kimi sidik kisəsinin boşaldılması böyrək sağlamlığının əsas şərtlərindən biridir.
3. Acqarına ağrıkəsici içmək
Xüsusilə ibuprofen kimi QSİƏP-lərin acqarına qəbulu böyrəkləri yükləyir və davamlı istifadədə zədələnmə yarada bilər. Bu dərmanların yalnız yeməkdən sonra və həkim məsləhəti ilə qəbul edilməsi tövsiyə olunur.
4. Məşqdən sonra maye bərpasını unutmaq
Səhər idmanı faydalıdır, lakin tərlə itirilən mayelər bərpa edilmədikdə böyrəklərə mənfi təsir göstərir. Mütəxəssislər məşqdən sonra təkcə su deyil, həm də elektrolit balansını bərpa edən içkilərin qəbulunu tövsiyə edirlər.
5. Səhər yeməyini buraxmaq
Səhər qida qəbul etməmək sonradan duzlu və emal olunmuş məhsullara olan istəyi artırır ki, bu da yüksək natrium səbəbindən böyrəklərə əlavə yük yaradır. Sadə bir səhər yeməyi yulaf, yumurta və ya meyvə belə, böyrəklərin işini yüngülləşdirə bilər.
Kənan
Milli.Az

Xəbərlər     Baxılıb: 1644   Tarix: 24 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

sac duzumleri qadin sayti geyim və ayaqqabılar elza seyidcahan sevinc tofiqqızı sidik yolu infeksiyalari milli geyimlər kosmetika baldıza aid hakışta nagillar maskalar dolça veten haqqinda bayatilar