Səhər yeməyi zamanı yulaf və çərəzlər lif qaynağı kimi əvəzsizdir

Səhər yeməyi zamanı yulaf və çərəzlər lif qaynağı kimi əvəzsizdirBəzən səhərlər iştaha olmadığından yüngül qidalara üz tutur və ya şirniyyatla çay içməklə kifayətlənənlər olur. Mütəxəssislərin fikrincə, bu, düzgün hesab olunmur. Yuxudan oyanan kimi balanslı qidalanmaq üçün mütləq bir və ya iki stəkan su içmək lazımdır, çünki səhər oyananda qanda şəkər aşağı düşür və orqanizmin enerjiyə ehtiyacı artır. Ona görə də səhər yeməyi mütləq protein, karbohidrat və faydalı yağlarla zəngin olmalıdır.
Yumurta ana südündən sonra ən gözəl protein qaynağıdır. Pendir, kəsmik, şor, süzmə, süd kimi məhsullar protein qaynaqları hesab olunur. Karbohidrat kimi qara çörəkdən istifadə etmək olar, çünki daha az kalorilidir, bəyaz çörəyin qlisemik indeksi yüksəkdir və qanda şəkəri sürətlə yüksəltdiyinə görə gün ərzində daha çox acdıra bilər. Buna görə də kəpəkli və çovdar unundan, tam buğda unundan hazırlanmış bir-iki dilim çörəkdən istifadə edilməlidir.
Milli.Az bildirir ki, həkim-diyetoloq Ləman Süleymanovanın AZƏRTAC-a verdiyi məlumata görə, səhər yeməyi üçün yulaflı sıyıq da faydalı hesab olunur: "Yulaf karbohidratla, süd isə proteinlə zəngin olduğundan səhər yeyilməsi tövsiyə olunan qidalardandır. Bundan başqa, qidaya faydalı yağlar və çərəzlər də əlavə edilməlidir. Gün ərzində liflə zəngin yeməklərdən mümkün qədər çox istifadə olunmalıdır, çünki liflərlə zəngin qidalanma gün ərzində toxluq hissi yaradır, enerji verir və qanda şəkəri yüksəltmir. Səhər yeməyi zamanı yulaf və çərəzlər çox gözəl lif qaynağıdır. Bununla yanaşı, göyərtidən istifadə etmək də məsləhətdir. Məsələn, şüyüd, cəfəri kimi bitkilər orqanizmi toksinlərdən təmizləyir".
Diyetoloqun dediyinə görə, yeməyə hər kəsin sevdiyi meyvə və meyvə qurularını da əlavə etmək olar. Səhər yeməyinin balanslı olması orqanizm üçün faydalıdır. Ona görə də səhər yeməyi çox əhəmiyyətlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1774   Tarix: 03 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

hamiləlik toy makiyajlari makiyaj instagram qadınlar və kişilər əlibala hacızadə süni mayalanma displaziya kosmetika terezi bayatılarımızda vətən həsrəti sağlamlığa aid atalar sözləri porno toyuq salati