Səhər yeməyindən əvvəl qəhvə içənlərin nəzərinə
Qəhvə dünyanın ən populyar içkilərindən biridir, lakin acqarına içilməsi bəzi insanlar üçün mədə-bağırsaq və digər sağlamlıq problemlərinə səbəb ola bilər.
Milli.Az-ın məlumatına görə, tibb bacısı Kerri Madorno "Very Well Health" üçün yazdığı məqalədə bunun mümkün təsirlərini açıqlayıb.
Acqarına qəhvə mədə turşuluğunu artıraraq mədə yanması və reflüks riskini yüksəldə bilər. Xüsusilə mədə yanması, qastroezofageal reflüks və qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkənlər ehtiyatlı olmalıdır. Açıq qovrulmuş qəhvə tünd qovrulmuşdan daha çox mədə turşusunu artırır.
Kofein acqarına daha sürətlə sorulduğundan təşviş, əsəbilik, ürək döyüntüsü, baş ağrısı və arterial təzyiqin yüksəlməsi riski arta bilər. Həkimlər gündə 400 mq kofeini (təxminən 4-5 kiçik fincan) keçməməyi, yatmazdan əvvəl və hamiləlik dövründə isə daha az qəhvə içməyi tövsiyə edirlər.
Acqarına qəhvə həmçinin həzm problemləri (körp, spazm, ürəkbulanma, ishal), həm də hormonal dəyişikliklərə, xüsusilə kortizol səviyyəsinin artmasına səbəb ola bilər ki, bu da uzun müddətdə ürək xəstəlikləri və sümük kütləsinin azalması riskini yüksəldir.
Asya
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO