Səhər yeməyindən sonra dişlərinizi fırçalamayın – SƏBƏB
İnsanların bir çoxu səhvən yeməkdən sonra dişləri fırçalamağın faydalı olduğuna inanır.
Stomatoloq Maykl Mosli diş minasına zərər verməmək üçün səhər yeməyindən dərhal sonra dişlərinizi fırçalamaqdan çəkinməyi tövsiyə edir.
Milli.Az lent.az-a istinadən bildirir ki, mütəxəssisin fikrincə, qida turşularının diş minasına zərər verməməsi üçün yeməkdən sonra ən azı 30 dəqiqə gözləmək lazımdır.
Onun sözlərinə görə, çünki yeməkdən sonra ağızdakı turşu dişlərin minasını zəiflədə bilər ki, bu da nəticədə dişlərin çürüməsinə və digər ağız problemlərinə səbəb ola bilər:
"Bundan əlavə, yeməkdən sonra dişlərinizi çox tez fırçalamaq da dişlərinizə zərər verə və potensial olaraq müalicə tələb edə bilər. Odur ki, mümkünsə, diş minanısını gücləndirmək və günə hazırlaşmaq üçün oyanan kimi dişləri fırçalamaq lazımdır.
Səhər yeməyində qəhvə və ya meyvə kimi turşulu qidalar qəbul edirsinizsə, diş minanısının zədələnməsinin qarşısını almaq üçün yeməkdən 60 dəqiqə sonra dişləri fırçalayın".
Milli.Az









Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi