Şəhər, yoxsa kənddə yaşamaq – Harda xərçəng daha çox yaranır?

Şəhər, yoxsa kənddə yaşamaq – Harda xərçəng daha çox yaranır?Kənd insanının bədəni sağlam, ömrü uzun olur deyirlər. Həqiqətənmi şəhərdən uzaq yaşamağın özü sağlamlıq üçün yetərlidir?
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, paytaxtda və kənddə yaşamaq orqanizmə fərqli risklər yaradır və hərəsinin öz mənfi-müsbət tərəfləri var.
Hətta bu insandan asılı olaraq dəyişir.
Birinci fərq hava, ekoloji vəziyyət.
Şəhər havasında müxtəlif kirlənmə, qatqı,kimyəvi maddələr çoxdur, onlar elə yol gedərkən insanın udduğu oksigenlə nəfəs yolları və ağciyərləri kirləyir, bu da bütün orqanizmə təsir edir.
Sankt-Peterburq Gigiyena Tədqiqat mərkəzinin araşdırmasına görə, hava kirlənməsinin 70%-i nəqliyyat səbəbindəndir və havaya atılan qazlarda kanserogen maddələr var.
Avtomobil-nəqliyyat infrastrukturu güclü olan regionlarda da tənəffüs yolları, xoş və bədxassəli törəmələrə səbəb olur.
Çirkli havadan daha çox uşaqlar əziyyət çəkir: onlar böyüklərdən daha çox və tez-tez nəfəs alır. Şəhərlərdə əqli, fiziki gerilik, ağciyər xəstəlikləri və allergik xəstəliklər daha çox olur.
Sinir, əsəb sisteminin qənimi
İri binalar, boz küçələr, sıx, dar evlər, hətta şəhər memarlığı şəhər insanının psixikasına mənfi təsir edir, banal evlər, yollar apatiya, təşviş və stres yaradır.
Kənddə isə beyin və gözlər təbiətlə daha çox təmasda olur.
Şəhərdə kommunal öhdəliklər insanı yorur, işıq, qaz sönən kimi həyat dayanır, kənddə isə insanlar bunu asanlıqla həll edirlər.
Həyətdə, torpaqda işləmək, ev heyvanları, bağ, ağaclar - stresə qarşı dayanıqlığı artırır. Stress isə 90% xəstəliklərin səbəbidir.
Xroniki yorğunluq sindromu
Şəhər insanının daim əzgin, yorğun olması və yuxudan doymaması faktdır. Artıq şəhər əhalisində yorğunluq sindromu, depressiya və fibromialgiya halları artır.
Müasir infrastruktur, durmadan artan xidmət, çatdırılma, sifariş, əlaqə, qaçaqaç daha çox şeyi çatdırmaq istəyi bütün orqanizmi tükədir.
İllüziya təşvişi artırır, panik ataklar başlayır, emosional tükənmə ən geci 2-3 ilə özünü göstərir.
Səs küy çirklənməsi
Şəhər insanın başı o qədər qarışır ki, fonda olan səs-küyü artıq eşitmir. Amma o səs təsir edir. Şəhərlər səs kirlənməsinə məruz qalır: insan səsi, maşın, qatar, metro, musiqi, tikinti, sənaye səsləri.
Əgər bir şəhərdə yol verilən səs səviyyəsi 55 db-dən çoxdursa, o zaman hormonal pozuntu, kişi və qadın sonsuzluğu baş verir.
Bəs kəndin mənfi cəhəti nədir?
Şəhərdə ekoloji və gərginlik səbəbindən xəstəliklər riski çoxdursa, kənddən fərqli olaraq, keyfiyyətli tibbi
Şəhər insanı çox zaman tibbi müdaxilə nəticəsində ölümdən tez xilas edilir, qəzalarda ölüm az olur, əməliyyat edilir, vaxtında diaqnoz tapılır. Kənd insanı üçün poliklinika həkimindən və rentgendən başqa çox diaqnostikalar əlçatan deyil.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1183   Tarix: 12 may 2024
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

maskalar qadin sayti sac duzumleri intim məktəb is qurmagin yollari qadın parfumeriya kabab reseptləri kosmetika veten seirleri sağlamlıq novruz bayramina aid hakista sevgi gülməli hakıştalar