Şəhərimizdə şortik geyinənlərin festivalı keçiriləcək
Şəhərimizdə ilk dəfə şortik geyinənlərinfestivalı keçiriləcək.
Yerli mətbuat orqanlarının verdiyi xəbərə görə , festival təşkilatçılarının məqsədi şortik geyinənləri dəstəkləməkdir. Təşkilatçlar bu məqsədlə flashmob təşkil edəcəklər.
Festival avqustun 2-si , saat 19:00-da Dənizkənarı bulvarda Saat qülləsinin yanından başlayacaq.
Gənclərin bu çılğın yürüşünə dizdən yuxarı (bric və dizdən aşağı şortik olmaz) şortik geyinən hər kəs qatıla bilər.
Qeyd edək ki, bu kompaniya ötən gündən başlayıb və insanlar şortikli fotolarını sosial şəbəkədə paylaşaraq #MənŞortGeyinirəm, ShortsFest, #KislotaParty haştağını yazırlar.
f Paylaş