Səhhəti pisləşən Xalq artistinin müalicə üçün pulu yoxdur
"Səhhətimin normallaşması üçün təcili Türkiyəyə getməliyəm. Bunun üçünsə pulum yoxdur".
Bu sözləri Lent.az-a səhhəti pisləşən xalq artisti Yalçın Rzazadə deyib. O bildirib ki, vəziyyəti yaxşılığa doğru getmir:
"Beş il öncə Türkiyədə ürəyimdən əməliyyat olundum. Əməliiyyatdan sonra isə ildə bir dəfə müayinə olunmağım lazım idi. Amma maddi problemlərə görə gedə bilmədim. İndi də özümü çox pis hiss edirəm. Dərdimə dərmanın Türkiyədə tapılacağına inanıram. Amma ora getmək üçün pul lazımdır. Pul isə məndə yoxdur. Mənə yaraşmaz kiməsə ağız açım ki, pul verin, gedim əməliyyat olunum. Bunu etməkdənsə, gedib bulvarda papağımı qoyub, pul yığaram. Qürurluyam, kiminsə qabağında əyilmərəm".
Xalq artisti ona olan diqqətsizlikdən də şikayətlənib:
"46 ildir ki, Azərbaycan musiqisinə xidmət edirəm. Xidmətimin bəhrəsini görmək istəyirəm. Televiziyaya məni əfsanəvi sənətkar kimi dəvət edirlər. Amma nə olsun? Mənə olan diqqətsizliyi qəbul edə bilmirəm. İncəsənətdə böyük yeniliklər etmişəm. Amma bu bu gün Yalçın Rzazadənin yaşayışı, sağlıq durumunu soruşan yoxdur".
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Tərəf müqabili oldular
20 yaş cavanlaşmağın qiyməti bilindi - Ebru sərvət ödədi
Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil
Bağırsaq sağlamlığını yaxşılaşdırmağın 5 elmi yolu
Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti
Aspirin xərçəng riskini azaldır?
Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?
İnsan övladı üçün hər şeydən keçər' - İlk dəfə ailəsindən danışdı
Bu saatlarda çölə ÇIXMAYIN