Şəhid Çingizin atası oğlunun sevdiyi qız haqqında danışdı

Şəhid Çingizin atası oğlunun sevdiyi qız haqqında danışdıŞəhidimiz dəfn olunan günün səhərisi Çingiz Qurbanovun doğulduğu Həzrə kəndinə getdik
Elə həmin gün də Prezident İlham Əliyev Çingiz Qurbanovu Mili Qəhrəman statusu ilə mükafatlandırdı.

Milli Qəhrəman Çingiz Qurbanovun atası Qurbanov Salman Qurban oğlu Çingizlə bağlı suallarımızı cavablandırıb.

Xanim.az ölkə.az- a istinadən Salman Qurbanovla müsahibəni sizə təqdim edir:

- Çingizin uşaqlığından danışaq. Çingiz necə uşaq idi?

- Çingiz çox yaxşı uşaq idi. Ağıllı, mərd, savadlı, valideynlərinin sözünə qulaq asan uşaq idi.

- Dəcəl idi, yoxsa sakit uşaq olub?

- Sakit uşaq olub. Balaca vaxtında çox dəcəl idi, ancaq böyüdükcə sakitləşmişdi.

- Məktəbi necə oxuyub?

- Yaxşı oxuyurdu. 2012-ci ildə məktəbi əla qiymətlərlə başa vurdu.

- Sonra universitetə daxil oldu?

- 2012-ci ildə də Azərbaycan Texniki Universitetinə qəbul olundu.

- Universitetdə necə oxuyurdu?

- Universitetdə də çox yaxşı oxuyurdu. 4 il ərzində heç bir problemi olmadı. Çingizin oxuduğu fakultə Müdafiə sənayesi nazirliyinə aidiyyatı olan optik cihazlar və lazer şüaları fakultəsi idi. Həmin fakultədə imtahanlar test üsulu ilə yox, yazılı olurdu. Azərbaycan dilində dərs vəsaiti olmadığı üçün müəyyən çətinlikləri var idi. Ancaq Çingiz müəyyən kitablar tapıb oxuyurdu. Təhsilini yaxşı başa vurmuşdu. Silah hazırlamaq üzrə Azərbaycan dilində vəsait demək olar ki, yoxdur. Öz savadı ilə universiteti 2016-cı ildə başa vurdu.

- Universiteti bitirib hərbi xidmətə yollandı.

- Bəli. 2016-cı ilin iyun ayında həqiqi hərbi xidmətə yollandı.

- Çingiz cəbhə bölgəsində olanda narahat deyildiniz ki?

- Qətiyyən. Heç zaman narahat olmurdum. Hər dəfə zəngləşəndə deyirdi ki, "ata narahat olma, hər şey yaxşıdır, təmizdir, xidmət gedir".

- Tez-tez əlaqə saxlayırdınız?

- Həmişə əlaqə saxlayırdıq. Axırıncı dəfə dekabrın 28-i telefonla danışmışdıq.

- Şəhid olmamışdan 1 gün öncə.

- Bəli. Axşam saat 21:00 radələrində telefonla danışdıq. Gülə-gülə dedi ki, hər şey yaxşıdır. Narahat olmayın. Danışıb qurtarandan sonra xidmətə gedəcəyini dedi.

- Çingizin yanına görüşə getmişdiniz?

- 2016-cı il avqustun 14-də andiçmə mərasimində Çingizi görmək üçün Gəncəyə getmişdim.

- Ondan sonra yanına getmədiniz?

- Getməmişdim. Onsuz da şəhid olmasa idi, həmin tarixdən 2-3 gün sonra məzuniyyətə gələcəkdi. Çingiz ali təhsilli olduğu üçün 6 ay xidməti tamam olandan sonra məzuniyyət verilməli idi. Qismət olmadı.

Salman Qurbanov bir qədər susur, qəhərlənir, sonra isə danışa biləcəyini deyir.

- Xəbəri necə eşitdiniz?

- İşdə idim. Axşama qədər işdə olmuşdum. Saat 17:00-da həyat yoldaşım zəng edib ağlayırdı. Dedim, nə olub? Dedi, xəbərlərdə dedilər ki, Çingiz Qurbanov itkin düşüb. İşdən çıxıb evə gəldim. Xəbərlərdə yenə dedilər ki, Çingiz Qurbanov itkin düşüb.

- Komandirləri ilə danışdınız?

- Komandirləri zəng edib mənimlə danışdılar. Səhərisi gün Gəncəyə getdim. Hərbi hissə komandiri ilə görüşdüm. Hələ Gəncəyə gedənə kimi bilmirdim ki, Çingiz şəhid olub. Gəncədə mənə dedilər ki, oğlunuz şəhid olub. O vaxta kimi düşünürdüm ki, itkin düşüb. Yəqin tapılar.

- Gəncəyə ümidlə getmişdiniz.

- Bəli. Düşünürdüm ki, yaralı olar, haradasa gizlənər. Bəlkə azıb harasa gedib. İnsandır, tanımadığı yerdir, ümid edirdim ki, sağdır. Ancaq Gəncəyə çatanda bildim ki, şəhid olub.

- Sizə dedilər ki, Çingiz hansı vəziyyətdə şəhid olub?

- Komandirləri dedi ki, erməni kəşfiyyat diversiya qrupu bizim sərhədi pozmaq istəyib. Bizim əsgərlər erməniləri görüb, bu zaman atışma olub. Ermənilər görüb ki, artıq bizim əsgərlərin onların sərhədi keçmək istədiyindən xəbəri var, ona görə geri çəkiliblər. Çingiz postdan çıxıb, gələn erməniləri təqib etməyə başlayıb. Çingiz 3 erməni hərbçisini- 1 zabit, 2 əsgəri öldürüb. Çingizi də ermənilər orada öldürüblər.

- 39 gün Çingizin nəşini qaytarmadılar.

- 39 gün çox ağır keçdi. Çünki hər gün fikirləşirsən ki, nə zaman qaytarılacaq. Ermənilər özlərinin faşist olduğunu bütün dünyaya bir daha göstərdilər. Şəhid olmuş bir əsgərin meyitini 40 gün saxlamaq heç yerdə yazılmayan qanundur. Bütün dünyada özlərini biabır etdilər. Çox ağır keçdi o günlər, çox.

- 39 gün sonra oğlunuzun meyitini geri qaytardılar.

- Bunu çox sevinclə qarşıladım. 39 gün övladımın meyitinin yolunu gözləmək çox ağır idi. Meyit əlində olanda bilirsən ki, torpağa tapşıracaqsan, qəbri olacaq. Ona görə yüngülləşirsən.

- Bildiyimə görə, Çingiz Həzrə kəndinin ilk şəhididir. Qarabağ müharibəsində yaralılar olub, ancaq kəndinizdən şəhid olmayıb.

- Çingiz Qurbanovla qürur duyuram. Çingiz öz hərəkəti ilə nəslimizə, kəndimizə, rayonumuza, respublikaya fəxr gətirdi.

- Sevdiyi var idi?

- Açığı onu bilmirəm. O barədə heç nə danışmayıb bizimlə.

- Gördüyümüz qədəri ilə dövlət yanınızda oldu.

- Dövlət daim yanımızda oldu. Hadisə baş verəndən bu məsələ prezident İlham Əliyevin nəzarətində idi. İlham Əliyevin işə şəxsən qarışması nəticəsində şəhid balamızın meyitini ala bildik. Bu işlə məşğul olan dövlət qurumlarına da minnətdarlığımı bildirirəm. Siz də gördünüz ki, dövlət Çingizin vida mərasimini necə keçirdi, onu torpağa necə tapşırdı.

- Çingizdən başqa bir oğlunuz da var. Beydulla, bildiyim qədər, universitetdə təhsil alır. Universiteti bitirdikdən sonra əsgərliyə gedəcək?

- Yox. Beydulla gözdən əlildir. Onu əsgərliyə aparmayacaqlar. Ancaq gözdən əlil olmasa idi, bu hadisəyə baxmayaraq, Beydullanı da əsgərliyə göndərərdim. Hər şeydən önəmli olan dövlət və vətəndir.

Mənbə: ölkə.az

Xəbərlər     Baxılıb: 13434   Tarix: 08 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

geyim seçimi toy makiyajlari toy gecesi qırmızı xalça qadın ətirləri intim haqda hüquqşünas kosmetika bürclər qaynanaya aid vicdan arxadan olmaq novruza aid hakista