Şəhid əsgər dəfn olundu - FOTO
Ölən əsgərin əmisi Xanəlinin ölümünün səbəbinin istintaqın sonunda məlum olacağını deyir
Ötən gün Tovuz rayonunun Əlibəyli kəndində yerləşən N saylı hərbi hissədə dünyasını dəyişən əsgər Xanəli Fəttayev bu gün torpağa tapşırıldı. O yaşadığı Bakının Binə qəsəbəsinin qəbiristanlığında dəfn olundu. Əvvəlcə qəbiristanlığın girişində cənazə namazı qılındı. Sonra ailə üzvlərinin, qəsəbə sakinlərinin və hərbçilərin iştirakı ilə dəfn mərasim baş tutdu.
Mərhumun əmisi İstiPress-ə deyib ki, Müdafiə Nazirliyinin bəyanatı bir qədər tələsik olub. O bildirib ki, istintaqın davam etdiyi bir vaxtda belə qəti fikrin bildirilməsi çox tezdir.
Ötən gün sosial şəbəkələrdə 2016-cı ilin oktyabrında hərbi xidmətə çağrılan əsgər Xanəli Fəttayevin şəhid olması ilə bağlı xəbərlər yer alıb. Bu gün isə Müdafiə Nazirliyi bəyanat yayaraq əsgərin intihar etdiyini deyib.
Xanəli Fəttayev 1998-ci il sentyabrın 16-da Lerik rayonunun Mulalan kəndində doğulub. O 5 bacının tək qardaşı idi.





















Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Kəpəyi yox edən təbii üsullar
Qabığında elə faydası var ki
Hansı faktorlar xərçəng riskini daha çox artırır?
Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ
Ağamirzə: 'Gənclər nəsihətə qulaq asmır
Zaur Kamal yenidən efirə qayıdır? - ARB TV-dən açıqlama
İspaniya Avroviziyanı yayımlamaqdan İMTİNA ETDİ
Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir
Bu dövrdə qadının gözəlliyi kapitala çevrilib' - Nura
Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir