"Şəhid zabitimiz cəbhədə 120 erməni öldürüb"

"Şəhid zabitimiz cəbhədə 120 erməni öldürüb"Fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində ermənilərin Füzuli-Xocavənd istiqamətində təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Şahlar Yaşar oğlu Nəzərovun əmisi oğlu Vüsal Nəzərov şəxsi "facebook" hesabından şəhidin qəhrəmanlıqları barədə bildiklərini bölüşüb.

Xanim.az musavat.com-a istinadən şəhidin qohumunun Şahlar Nəzərov haqqında fikirlərini sizə təqdim edir.

V.Nəzərov yazır: "Şəhid qardaşım, kəşfiyyat bölüyü komandiri Şahlar Nəzərov haqda bildiklərimi sağlğında təhlükəsizliyi nöqteyi nəzərdən hər zaman gizlətmişik. Elə şeylər var ki, heç bir zaman açıqlanmır, açıqlanmayacaq. Amma bir məqam var ki, əziz qardaşımın korpus komandirinin də bildirdiyi kimi " "Şahların qisasını alacağıq" demək bəlkə də lazımsız ifadə olar, çünki Şahlar özü öz qisasını alıb".

O bildirib ki, şəhid Şahlar Nəzərov xidmət keçdiyi müddətdə 120 erməni hərbi qulluqçusunu öldürüb: " Artıq bu fakt gizlədilmədən və fəxrlə deyilməlidir ki, Şahlar xidməti boyunca dəfələrlə erməni diversiya qruplarının təxribatının qarşısı aldığı zaman ümumilikdə 120-dən (!) artıq mənfur erməni hərbçilərini şəxsən öldürüb. 120!!!".

V.Nəzərov əmisi oğlunun necə şəhid olmasından da yazıb: "Şahları son döyüşdə də öldürmək düşmənə asan başa gəlmədi. Əsgəri yaralandığı üçün onu çiyninə alaraq, döyüş meydanından çıxmaq istəyərkən mənfur düşmən gülləsinə tuş gələn Şahlar, uzun müddət sürünərək, öz postumuza doğru irəliləmiş və qan itirərək şəhid olmuşdur.
Şərəfsiz ermənilər üç gün danışıqlara gəlməyərək, müxtəlif bəhanələr gətirərək, şəhidlərimizin cənazələrini verməməyə cəhdlər göstərdi. Ən son radistansiya vasitəsilə çıxaraq yenə 5 dəqiqə vaxt istədilər. "Qırmızı Xaç Komitəsi əynini geyinsin, gəlirik" dəyərək daha bir saata vaxtı uzatdılar. Ən sonda korpus komandiri vasitəsi ilə cənab nazirin "Əgər bu dəqiqə bu məsələ həll olunmasa, müharibə elə bu saat başlayacaq" göstərişindən 2 dəqiqə sonra şəhidlərin nəşi qaytarıldı".

Qeyd edək ki, Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya göz açıb. Bir neçə ay sonra övladı dünyaya gələcək olan Ş.Nəzərov ötən ilin avqust ayında ailə həyatı qurub. Şəhidimiz, elə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub.

Redaksiya şəhidimizin yaxın qohumunun bu açıqlamasını dərc etsə də, oradakı iddiaların doğruluğunu təsdiq etmək imkanında deyil.

Xəbərlər     Baxılıb: 4017   Tarix: 02 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

turlar.az

gozel gorunmek kosmetoloq gelinlikler hamiləlik və analıq hamiləlik təqvimi bilincik resepti qarın yağları kosmetika mekteb burclerin uyumu dovsan efsaneler 8 mart