Səidə Dadaşova keçmiş ərindən danışdı: "Alfons idi, deyirdi mənə 25 min..."
Müğənni Səidə Dadaşova "Günə davam" verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, sənətçi aparıcı Ülvira Qarayevanın "Sənə belə suallar ünvanlanır: Rəsmi nikahı var? Uşağının atası kimdir? Bunları təsdiqlə" sözlərinə etiraz edib.
O bildirib ki, ailəli olub-olmadığı haqda yayılan söz-söhbətlər onu maraqlandırmır:
"Təsdiqləmək məcburiyyətində deyiləm. Deyim, camaat bilirsiz ərdəyəm, uşağım yanımdadır? Əqli yerindı olan insanlar bilir ki, ərdəyəm. Anormal insanlar başqa cür düşünür.
Yoldaşım ilk həyat yoldaşından boşanıb. Bizim övladımız olmazdan əvvəl ayrılıblar. Onun övladı olduğu üçün bir az məhkəməsi uzanmışdı. İndi uşaqları ilə əlaqəsi var. Mən onları öz övladımdan ayırmıram. O birilər də oğlandır. Oğlumu o qədər çox istəyirlər ki, görəndə duz kimi yalayırlar. Bizim evə də gəlirlər. Tətildə tez-tez bizdə olurdular. İndi oxuyurlar, arada-sırada gəlirlər. Heç keçmiş həyat yoldaşı da buna mane olmur. Düşmən deyilik. Dost deyilik, amma bir-birimizin hörmətini saxlayırıq.
Evdə kişinin sözü keçər, hər şeyi tənzimləyər. Ev işlərini qadın edər".
Dadaşova oğlu rafaelin atası ilə rəsmi nikahı olmadığını söyləyib:
"Bu dəqiqə gedərəm rəsmi nikaha. Dini kəbin var, rəsmi nikahımız yoxdur".
Səidə Türkiyə vətəndaşı olan ilk həyat yoldaşından danışıb:
"Mənim ilk həyat yoldaşım alfons idi. Kişiliyinə yaraşan hərəkətlər etmədi. Məni gözdən salmaq istəyirdi. Deyirdi, Səidəyə 25 min xərclədim. Kreditə aldığı maşın da mənim adıma idi. Mənim kimi yem əlindən çıxdı. Dedi, şantaj edəcəm. Elə bildi qorxub ayrılmayacam. Dedim, get, nə istəyirsən et. Onunla pul xatirinə evlənsəydim, oturardım Türkiyədə".
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Günəş kremi haqqında bilməli olduğunuz ən mühüm qaydalar
Eminem və Şakira Qazaxıstana gəlir
Sezen Aksunun albomu bu tarixdə yayımlanacaq
Autizm erkən aşkarlanarsa nə edilməlidir? - XƏBƏRDARLIQ
Uşaq danışmırsa nə etmək lazımdır? - AÇIQLANDI
Meteohəssas insanlar üçün xəbərdarlıq - Maqnit dalğalanmaları gözlənilir
Miqrenin səbəbi yalnız beyin deyilmiş - YENİ ARAŞDIRMA
Aytac Könül Kərimovanın mahnısını oxudu - Bu dəfə dəstək verdi
Sevgilinizin büdcəsinə uyğun hərəkət etməlisiniz' - Qızları qınadı
Döş qəfəsində ağrı, nəfəs darlığı, ürəkdöyünmə simptonu olanlara ciddi XƏBƏRDARLIQ
Yaşıl çay xərçəngdən qoruyurmu?